ASCO hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar bir sıra qabaqlayıcı təhlükəsizlik tədbiri həyata keçirib.
ASCO-nun tabeliyində olan gəmilərə hava şəraitinin kəskin dəyişəcəyi və görülməli olan tədbirlər barədə yazılı məlumat göndərilib, müvafiq tapşırıqlar verilib.
Bütün gəmilərin kapitanlarına tapşırılıb ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar görülməli olan təhlükəsizlik tədbirləri barədə verilmiş tapşırıqlara ciddi əməl etsinlər. Bundan başqa, əlaqədar strukturlara körpülərdə dayanmış bütün gəmi və digər üzən vasitələrin təhlükəsizliyinin təmini məqsədilə onların bərkidilməsinin yoxlanılması, yararsız kəndir və burazların yenisi ilə əvəzlənməsinin təşkili, körpülərdən gəmiyə verilmiş keçid traplarının yığışdırılmasının təmini və digər zəruri tapşırıqlar verilib. Eyni zamanda, baş verə biləcək fövqəladə hadisə ilə əlaqədar dərhal müvafiq tədbirlərin görülməsi məqsədilə donanmalar tərəfindən hər rayon üzrə növbətçi gəmilər təyin olunub.
Bütün bunlarla bərabər, görülən tədbirlərin əlaqələndirilməsi və mərkəzləşdirilmiş nəzarətin gücləndirilməsi təşkil olunub.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata əsasən cari ilin yanvar ayının 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Belə ki, 17-18-yanvar tarixlərində şimal-qərb küləyinin 20-25 m/s əsəcəyi, arabir 30-35 m/s-dək güclənəcəyi, açıq dənizdə isə arabir 38-40 m/s-dək şiddətlənəcəyi və dalğanın hündürlüyünün 3.0-5.0 metr, sonrakı mərhələdə 6.0-8.0 metr və daha cox olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 14 d. əvvəl
-
-
58 d. əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
3 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















