Dəyişikliklər qadınlara sərmayə yatırdığınız halda baş verir “PASHA Holding”-DƏN UNİKAL PROQRAM

(®) “PASHA Holding” investisiya qrupu PAŞA Bankla birlikdə holdinqin qadın əməkdaşları ilə işin aparılmasına yönəlmiş və qadınların liderliyinə həsr olunmuş “She Leads” adlı unikal korporativ proqramını təqdim edib.
Proqram qadın sahibkarlardan və top-menecerlərdən ibarət “Azərbaycanın 100 işgüzar qadını” şəbəkəsi tərəfindən hazırlanıb və icra edilir.
Tədbirdə çıxış edən “PASHA Holding”in baş direktorunun müavini, biznesə dəstək üzrə direktoru Şahin Məmmədov bildirib ki, “PASHA Holding” uzunmüddətli korporativ qadın liderliyi proqramını həyata keçirən ilk Azərbaycan müəssisəsidir.
“Holdinq əməkdaşlarının yüksək səviyyəli korporativ mədəniyyəti ölkənin korporativ sektoru üçün nümunə ola bilər. “PASHA Holding” bütün qadın əməkdaşlarını bu proqramı karyeralar və peşəkar inkişaf baxımından yeni rakursdan nəzərdən keçirməyə və onun iştirakçısı olmağa çağırır”, - deyə Şahin Məmmədov qeyd edib.
Şahin Məmmədov davamlı təlim və peşakar inkişaf proqramları vasitəsilə “PASHA Holding”in öz korporativ mədəniyyətinin təkmilləşdiriməsinin tərəfdarı olduğunu da vurğulayıb.
Tədbirdə çıxış edən PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı Xəyalə Nağıyeva qeyd edib ki, Bank “Azərbaycanın 100 işgüzar qadını” təşkilatının irəli sürdüyü qadınların biznes imkanlarını genişləndirmək təşəbbüslərini dəstəkləyən ilk maliyyə institutu olub.
“Məlum olduğu kimi, gender stereotipləri istənilən biznesin inkişafına mənfi təsir göstərir. Şəffaf və davamlı biznes təcrübəsinə əsaslanaraq, PAŞA Bank ölkədə gender bərabərliyi prinsiplərinə hörmətlə yanaşan qabaqcıl maliyyə qurumudur. Hazırda bankdakı bütün yüksək vəzifələrin təxminən yarısını məhz qadınlar tutur”, - deyə Xəyalə Nağıyeva bildirib.
“Biz “PASHA Holding”lə belə bir proqrama başlamağımızdan olduqca məmnunuq və fəxr edirik. Bizim holdinqin əsas bölmələrindən olan və iki il ərzində “SHE Congress”ini dəstəkləyən və müştəriləri üçün qadın liderliyinə həsr olunmuş xüsusi icra proqramını təşkil edən PAŞA Bankla münasibətimizin gözəl bir tarixi mövcuddur. Holdinqə çıxışı ilə sözügedən proqram daha geniş miqyas alır ki, bu da gözlənilən və məntiqidir. Proqramın məqsədi qadınlara təhsildə və ünsiyyətin qurulmasında yardım göstərmək, onların hüquqlarını və imkanlarını genişləndirmək və ilhamlandırmaqdır. Mütəxəssis və məşqçilərimiz proqram iştirakçıları üçün bir nümunə olacaq və onlara liderlik bacarıqlarını artırmaqda kömək edəcəklər. Paylaşılmayan biliyin faydası olmaz. “SHE Leads” – ilk növbədə, mübadilə və dəstəkdir”, - deyə “Azərbaycanın 100 işgüzar qadını” təşkilatının sədri Tatyana Mikayılova qeyd edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
21 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
23 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
