Ağıllı telefon satışlarında tənəzzül - Çinin "Huawei" və "Xiaomi" şirkətləri isə....
2018-ci ili "ticarət müharibələrinin" kölgəsində keçirən ağıllı telefon bazarında satışlar geriləməyə davam edib. Bazardakı tənəzzül ardıcıl 5 rüb davam edib. "Samsung"un satışları 7.2 faiz, "Apple"ın satışları isə 1.7 faiz azalıb. Çinin "Huawei" və "Oppo" şirkətləri isə qlobal satışlarını 30%-dən çox artırıb.
2018-ci ildə cəmi ağıllı telefon satışları 4.6% geriləyərək 1 milyard 455 milyon ədəddən 1 milyard 388 milyon ədədə düşüb.
"Marja" xəbər verir ki, 2017-ci ildə dünya üzrə 3 milyon 986 min 301 ədəd olan gündəlik orta hesabla telefon satışları, 2018-də 183 min 561 ədəd azalma ilə 3 milyon 802 min 740-a geriləyib.
Bazar araşdırma təşkilatı "Canalys"in açıqladığı 2018-ci ilin məlumatlarına görə, "Samsung" liderliyini qorumasına baxmayaraq ən çox satışları azalan şirkət olub.
"Samsung"un ağıllı telefon satışları 2018-ci ildə 7.2 faiz azalaraq 293.7 milyona, "Apple"ın satışları isə 1.7 faiz azalma ilə 212.1 milyon ədədə geriləyib. Çinin "Huawei" və "Xiaomi" şirkətləri isə illik satışlarını müvafiq olaraq 34.5 faiz və 31.6 faiz artırıb.
2018-ci ilin ikinci rübündə "Apple"ı keçərək, dünyanın ən böyük ikinci telefon istehsalçısı mövqeyinə yüksələn "Huawei", ötən il yerini təkrar "Apple"a geri verib.
"Samsung"un 21.2 faiz ilə lider olduğu bazarda, 2018-ci ildə "Apple" 15.3 faiz ilə ikinci, "Huawei" 14.8 faiz ilə üçüncü, "Xiaomi" 8.7 faiz ilə dördüncü və "Oppo" 8.6 faiz ilə beşinci yeri tutub.
2018-ci ilin 4-cü rüb nəticələrinə baxanda isə ən çox ağıllı telefon satışı edən marka "Apple" olub. 2017-ci ilin müvafiq rübünə nisbətən 7.3 faiz azalmasına baxmayaraq, "Apple" 2018-in son rübündə 71.7 milyon ədəd "iPhone" satışı həyata keçirib.
Ötən ilin son rübündə "Samsung"un satışları 5.3 faiz düşüb, "Huawei"nin telefon satışları 47.3 faiz, "Oppo"nun isə 20.6% artıb.
Bazarın həm istehsal, həm də istehlak baxımından ən böyük aktyoru olan Çində 2018-ci ildə ağıllı telefon satışları 14 faiz azalaraq 396 milyon ədədə düşüb. Bu rəqəm, 2013-ci ildən bu yana ən aşağı səviyyədir. Ötən il Çin bazarında "Huawei"nin satışları 16 faiz artıb, "Apple"ın satışları isə 13 faiz azalıb.
SATIŞLAR NƏ ÜÇÜN AZALIB?
Bazardakı tənəzzülü şərh dən "Canalys"in analitiki Ben Stanton, "Ağıllı telefon bazarında məhsul innovasiyası ləngidiyi üçün insanlar açıq şəkildə mövcud telefonlarını daha uzun müddət istifadə etmək meylindədir. Bundan başqa, ABŞ-Çin arasında ticarət müharibəsi, inkişaf etmiş bazarlarda zəif istehlakçı xərcləri və köhnə telefonların bərpa olunaraq ikinci əldə satışına artan maraq kimi amillər ağıllı telefon satışlarının azalmasına səbəb olub".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
23 d. əvvəl
Ermənistan Naxçıvanla sərhəddə gömrük və sərhəd terminalları inşa etmək niyyətindədir
- 39 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda inflyasiyanın artım sürəti yavaşlayıb - 5,5%-DƏN 5,2%-Ə DÜŞÜB
-
2 saat əvvəl
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bank Gəncə filialı üçün mebel alır - TENDER
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
Azərbaycanda külək və günəş enerjisi istehsalı artıb - 2025-ci ildə elektrik enerjisinin istehsalı göstəriciləri açıqlandı
Ən çox oxunanlar
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Qızıl və gümüş daha da bahalaşdı
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
"Allianz" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb























