“Hünər Qüllələri” mənzil sayından daha çox avtomobil dayanacağı təqdim edir
(®) Bakı Ağ Şəhər-in baş planına uyğun olaraq layihələndirilən “Hünər Qüllələri” öz fərqli konsepti ilə rəqiblərini geridə qoymağa davam edir.
Ümumilikdə 83408 m2 ərazini əhatə edən layihənin sadəcə 30 %-i yaşayış sahəsinə aiddir. Geri qalan digər ərazilər isə sakinlərin ehtiyaclarını qarşılamaq üçün planlaşdırılan müxtəlif təyinatlı xidmət sahələrinə ayrılıb. Bu da bir daha onu göstərir ki, “Hünər Qüllələri” sakinlərini sadəcə yaşayış sahəsi ilə təmin etmir, həm də onların gündəlik ehtiyaclarını qarşılayıraq rahat həyat tərzi təqdim edir. Layihəyə əsasən binaların ikisi yeraltı, ikisi yerüstü olmaqla dörd mərtəbəsi ümumi istifadə üçün nəzərdə tutulub. 2 yeraltı mərtəbədə 10000 m2 ərazi ümumi qaraj sahəsi və ehtiyat saxlanc yeri məqsədilə sakinlərin istifadəsinə veriləcək 116 fərdi depo üçün hesablanıb.
Belə ki, “Hünər Qüllələri” müştərilərinə mənzil sayından daha çox avtomobil dayanacağı təqdim edir. 170 mənzilin sakinləri 214 dayanacaq yerindən istifadə edə biləcək. Bununla yanaşı binanın ətrafında da 36 avtomobilin dayanması üçün xüsusi ciblər nəzərdə tutulub. Həmçinin “Hünər Qüllələri”nin yaxınlığında yerləşən Fəvvarələr Meydanı Parkının altında 800 yerlik ictimai parkinq sahəsinin olması daha bir üstünlük yaradır.
"Huner Group"un ən böyük inşaat layihəsi olan “Hünər Qüllələri”nin tikintisi, Bakının ən prestijli məkanında - Ağ Şəhər-də sürətlə davam edir.“1 mənzil sizdən, əlavə 14 otaq bizdən!” devizi ilə çıxış edən “Hünər Qüllələri”nin ən cəlbedici xüsusiyyəti Azərbaycanda ilk dəfə Flexhouse sistemini tətbiq etməkdir. Patenti yalnız Huner Group-a aid olan Flexhouse sisteminin məqsədi bir evə sığmayan bütün otaqları “qatlayaraq” mənzilinizə əlavə etməkdir. Belə ki, “Hünər Qüllələri”ndən mənzil alan hər bir kəs, əlavə olaraq müxtəlif məqsədli 14 növ xidmət otağından istifadə etmək şansı qazanacaq. Yalnız sakinlər üçün nəzərdə tutulmuş Flexhouse sisteminə uşaqlarınızın rahat şəkildə oynaması üçün uşaq oyun zalı, xüsusi səs və görüntü sisteminə sahib kino zalı, karaoke otağı, içərisində müxtəlif alətlər olan musiqi otağı, özəl günlərinizi qeyd etmək üçün parti otağı, playstation otağı, qonaqlarınızı rahatlıqla yerləşdirə biləcəyiniz qonaq otağı, fitnes salonu, bütün növ avadanlıqlarla təchiz olunan özəl mətbəx, qapalı mini futbol və basketbol meydançası, bilyard salonu, bir neçə nəfərin rahat çalışa və mütaliə edə biləcəyi böyük iş otağı, xidməti avtomobillərin sürücüləri üçün nəzərdə tutulmuş sürücü otağı və paltar yuma, qurutma, ütüləmə avadanlıqlarna sahib camaşırxana daxildir.
20 mərtəbəli qüllələrin 3-cü mərtəbəsindən etibarən başlayan və hər mərtəbədə 5 ədəd olmaqla ümumilikdə 168 premium mənzil və 2 penthouse tam təmirli və ən nəfis dizaynla, 30 % ilkin ödəniş və 36 ayadək faizsiz kreditlə müştərilərə təqdim edilir. “Hünər Qüllələri”ndən mənzil almaq istəyən hər bir kəs ofisimizə yaxınlaşaraq həm alacağı mənzillərlə, həm də Flex otaqlarla əyani şəkildə tanış ola biləcəklər. Belə ki, satış ofisimizdə nümunə mənzillərlə Flex otaqlar yolunuzu gözləyir.
Ünvan: Bakı Ağ Şəhər, Park rayonu.
Telefon: (012) 409 00 44
(050) 409 00 44
Web: www.hunergroup.az
E-poçt: [email protected]
Facebook: https://www.facebook.com/hunergroup/
Instagram: https://www.instagram.com/hunergroup
Youtube: https://www.youtube.com/channel/UCzhwuH7cKBZPuZUfrKEkn1g
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 3 gün sonra
-
-
39 d. əvvəl
Bolt: Azərbaycan ofisinin rəhbərliyində dəyişikliklərin baş verdiyini təsdiqləyirik
-
46 d. əvvəl
KOBİA və AZPROMO-nun əsasında yeni Agentlik yaradılacaq - FƏRMAN
-
1 saat əvvəl
Tesla-nın Avropada satışı ardıcıl 13-cü ay azalıb, BYD isə bazar payını sürətli artırır
-
2 saat əvvəl
Sumqayıt Sənaye Parkında ötənilki satışın yarısı ixraca yönəldilib
-
2 saat əvvəl
Yevlax Pilot Aqroparkına investisiya qoyuluşu 60 milyon manata yaxınlaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-nın Avropada satışı ardıcıl 13-cü ay azalıb, BYD isə bazar payını sürətli artırır
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
“Xudafərin”, “Qız Qalası” və “Ordubad” stansiyalarının icrası və elektrik enerjisinin ixracı ilə bağlı müzakirələr aparılıb
Ən çox oxunanlar
Naxçıvanda içməli su ilə təminat subartezian quyular ilə yaxşılaşdırılacaq - 40 QUYU QAZILACAQ, SİYAHI
Fevralın 25-də gözlənilən hava şəraiti
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
Milli maraqlara zidd olan biznes dövlət tərəfindən alınacaq
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq























