"İşim ancaq bankda sənədlərə qol çəkmək olub" - Cahangir Hacıyevin məhkəməsi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Natiq İmanov sərbəst ifadə verib.
O bildirib ki, 2011-ci ildə D.Xəlilovun "Soik Constraction" MMC şirkətində direktoru vəzifəsində çalışıb: "Əvvəllər başqa şirkətlərdə də işləmişəm. Bu şirkətdə işimiz Bakıda 4 bloklu bina tikmək idi. Mən həmin ərazidə yaşayan sakinləri köçürdüm. Təxminən, 50-yə yaxın ailə ilə alqı-satqı müqaviləsi bağladıq. 2015-ci ildə Beynəlxaq Bank işi bağlı cinayət işi başlanılanda istintaqa çağırıldım. Həmin vaxt Dünyamin Xəlilov burada yox idi, sonra gəldi".
Sualları cavablandıran N.İmanov qeyd edib ki, 12 milyon manatdan çox pulu mənimsəməkdə ittiham olunur: "Şirkətin möhrü də məndə olurdu. Mən Dünyamin Xəlilovun göstərişi ilə Beynəlxalq Banka gedirdim. Bankın Mərkəzi filialında Azər adlı şəxs məni qarşılayırdı. Onun hazırladığı sənədlərə imza atırdım və pullar evlərini aldığımız vətəndaşların hesabına köçürdü. Hər dəfə banka gedib sənədlərə imza atanda 1.5 milyon manat pul köçürülürdü. Mən pulu nağd şəkildə almamışam, işim ancaq bankda sənədlərə qol çəkmək olub. Ümumilikdə, 44 milyon manatlıq pul köçürülməsi sənədlərinə imza atmışam".
Hakim deyib ki, N.İmanovun cinayət materiallarında Beynəlxalq Bankdan 22 milyon 450 min manatlıq kredit götürdüyü qeyd olunub.
Təqsirləndirilən şəxs söyləyib ki, şirkətdə direktor işlədiyi dövrdə rəsmi olaraq 200 manat maaş alırmış: "Lakin qeyri-rəsmi olaraq Dünyamin Xəlilovdan 2000 manat maaş alırdım. Pulu da Beynəlxaq Bankdan nağd şəkildə əldə etmişəm. Banka gedib, pulumu alıb, sənədə imza atırdım. Bütün hesabatları da şəxsən Dünyamin Xəlilova verirdim. Ümumilikdə, imza atdığım 12 milyon manat pul elə kassada qalırdı. Sonra Dünyamin müəllim adam göndərib həmin pulları çıxardırdı. Mən bankdan nağd pul çıxartmamışam".
Daha sonra digər təqsirləndirilən A.Mədətov dindirilib. O qeyd edib ki, ailə üvzləri ilə birlikdə 2001-ci ildə "Abidə" MTK şirkətini yaradıb.
A.Mədətov söyləyib ki, Milli Məclisdə Sərdar Məmmədov adlı şəxs onu D.Xəlilovla tanış edib: "Biz söküntü işləri ilə bağlı bankdan kredit götürmək üçün Dünyamin Xəlilova müraciət etdim. Sonra onunla 25 faizə razılaşdıq. İşin gedişində Dünyamin müəllim Forma 2-yə qol çəkməyimi istədi, 4 dəfə buna etiraz elədim. Çünki məbləğlər çox şişirdilmişdi, onunla razı olmadım. Dünyamin Xəlilova bildirdim ki, "məni öldürsən də, Forma 2-yə qol çəkən deyiləm" söylədim. Daha sonra işin xətrinə bir neçə Forma 2-yə qol çəkdim. Çünki iş yarımçıq, camaat çöldə qalmışdı".
A.Mədətov deyib ki, bu işlərlə bağlı bir dəfə C.Hacıyevlə görüşüb: "Mən ancaq Dünyamin Xəlilovun sifarişini yerinə yetirmişəm. Bankdan pullar 100 ailənin hesabına köçürülüb".
Məhkəmədə elan olunub ki, ittiham aktına əsasən, A.Mədətov Beynəlxaq Bankın 3 milyon 226 min manat pulunu mənimsəyib.
A.Mədətov həmin məbləği təsdiqləyib: "Deməzdim ki, mənimsəmişəm. Düzdür, həmin vaxt Forma 2-də şişirdilmə olmuşdu".
Digər təqsirləndirilən S.Murtuzayev ifadəsində deyib ki, 2006-2007-ci illərdə rəhbəri olduğu "Alfaline" şirkətinə Beynəlxalq Bankdan 14 milyon manat kredit ayrılıb. O, bu işləri D.Xəlilovun istəyi ilə etdiyini bildirib: "Şirkətimiz mühəndis şirkətlərini maliyyələşdirdi. Mən şəxsən həmin maliyyələşmə zamanı orada iştirak etməmişəm. Sadəcə, sənədlərə qol çəkmişəm. 2010-cu ildə isə şirkətdən ayrılmışam, ancaq şirkət mənim adımda qalmışdı".
S.Murtuzayev dindirilən zaman söyləyib ki, rəhbəri olduğu şirkətdə əməkhaqqı alırmış.
Prosesdə fasliə elan olunub.
Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 29 d. əvvəl
-
-
32 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
54 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















