"İnsan kasıb olduğunu bildirir, amma telefon danışığına ayda 70-80 manat ödəyir" - ARAŞDIRILACAQ

Azərbaycanda az təminatlı əhalinin ünvanlı yardım alması ilə bağlı kriteriyalara dəyişiklik ediləcək. Bu barədə nazir Sahil Babayev məlumat verib. Onun sözlərinə görə, artıq nazirlik bunnula bağlı təkliflərini hazırlayaraq təqdim edib.
Əsas dəyişikliklərdən biri krediti olan vətəndaşlara sosial yardım qadağasının aradan qaldırılmasıdır. Nazirin sözlərinə görə, əslində bu tələb (yəni krediti olan şəxslərə yardım verilməməsi) məntiqlə doğru olsa da, araşdırmalar göstərib ki, kasıblar arasında kredit götürənlərin əksəriyyəti bunu çətin maddi vəziyyəti ilə əlaqədar edib: "Araşdırdıq, gördük ki, bəziləri bunu çətin maddi vəziyyətinə görə edib, övladının müalicəsi və sair üçün. Bunu nəzərə alaraq nazirlik hökumətə təklif edib ki, bu qayda dəyişdirilsin, çünki əslində kredit gəlir deyil – onu qaytarmaq lazımdır".
Amma Sahil Babayevin sözlərinə görə, bu yenilikdən sui-istifadə hallarının olub-olaması da araqdırılacaq: "Kimsə gedib "İphone" almaq üçün kredit götürürsə, biz ona güzəşt etməli deyilik, o aztəminatlı ailə kimi dövlətdən pul almalı deyil".
Nazir deyib ki, artıq belə təbəqələrin sosial yardım alması ilə bağlı tələblərdən biri aradan qalırılıb: "Bu pay torpağı olanlara aiddir, əvvəllər pay torpağı olanlar sosial yardım almaq üçün həmin torpağa görə çıxarış da almalı idilər, amma yanvarın 28-dən bu tələb aradan qaldırılıb, çıxarışı olmayanlar da sosial yardım ala bilir".
Bu sahədə digər mübahisəli məsələ kommunal və rabitə xərcləri ilə bağlıdır. Hazırda qüvvədə olan məhdudiyyətə görə, kommunal xərcləri müəyyən məbləğdən yuxarı olan ailələr ünvanlı yardım ala bilmirlər. Hazırda isə bu məsələ müzakirə edilir: "Bu məsələdə sui-istifadəyə meyllilik çox böyükdür. Şikayətlərin 70%-dən görürük ki, insan kasıb, maddi imkansız olduğunu bildirir, amma telefon danışıqlarına ayda 70-80 manat ödəyir. Biz onun gəlirini görmürük, amma bir ailə telefon danışığına ayda 70-80 manat ödəyirsə, onu kasıb saymalıyıqmı, məncə yox, amma araşdıracağıq".
Nazir bildirib ki, kommunal xərclərdə vəziyyət fərqlidir. Çünki evi isitmə xərcləri də özünü göstərir.
S.Babayevin sözlərinə görə, bu sahədə əhalinin xeyrinə olan əsas yeniliklərdən biri yeni proqram təminatı olacaq: "Bu proqram işə düşəndən sonra vətəndaşa aid məlumatlar digər dövlət qurumlarından avtomatik götürüləcək, nəticədə onların unutduqları, bilməyərəkdən səhv daxil etdiyi məlumatlar onlara problem yaratmayacaq. Məsələn orada vətəndaş sahib olduğu telefon nömrələrini göstərməlidir. Bəziləri bir neçə nömlələri olduğu üçün birini unudub daxil etmirlər, nəticədə sistem onlara imtina verir, bu da əlavə narahatlıq yaradır. Yeni proqramın işə düşməsindən sonra bu baş verməyəcək".
İndiyədək bu sahədə aztəminatlı insanlara ən böyük problem yaradan məsələlərdən biri proqrama yerləşdirilmiş "cəza" alqoritmi idi.
Keçmiş nazir Səlim Müslümovun vaxtında tətbiq edilən həmin alqoritmə görə, məlumatı səhv daxil edən və buna görə də sistem tərəfindən imtina alan şəxs, ünvanlı yardım almaq üçün bir də 3 ay sonra müraciət edə bilərdi. Nəticədə ən xırda texniki səhv ucbatından kasıb ailələr daha 3 ay yardımdan məhrum olurdu və bu haqlı narazılıqlar yaradırdı.
S.Babayev bildirib ki, həmin qayda ləğv edilib, artıq texniki səhvə yol verən şəxslər də ünvanlı yardım üçün ardıcıl olaraq dəfələrlə müraciət edə bilərlər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri

“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi – FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
8 d. əvvəl
Startap və investoru bir araya toplayan samiitə hazırlıqlara start verilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
13 saat əvvəl
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
-
14 saat əvvəl
Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu üzv kimi qoşulub
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 15 saat əvvəl
-
15 saat əvvəl
İtaliyanın ən böyük yanacaqdoldurma şəbəkələrindən biri SOCAR-a təhvil verilə bilər
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanın idxalı ixracından sürətli artır, müsbət saldo "əriyir"
-
16 saat əvvəl
Mərkəzi Bank 3 kredit ittifaqına icrası məcburi göstəriş verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan 8 ayda 1,4 milyard dollarlıq avtomobil alıb

Azərbaycanın idxalı ixracından sürətli artır, müsbət saldo "əriyir"
Ən çox oxunanlar
.jpg)
Mərkəzi Bank 3 kredit ittifaqına icrası məcburi göstəriş verib

Bakıda şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradıldı - TƏYİNATLAR

Heydər Əliyev və Ziya Bünyadov arasındakı və Neft Emalı Zavodu ətrafındakı ərazilər yenidən qurulacaq

Müştərinin 27 min manatlıq istehlak krediti "PAŞA Həyat Sığorta" tərəfindən ödənilib

Azercell baza stansiyalarını təkmilləşdirib, yeni baza stansiyasıları istifadəyə verib - İNTERNERİN SÜRƏTİNİ ARTIRIB

SOCAR üzrə satılan 1 kub metr qazın xərci 18 qəpik təşkil edib
