Kapital Bank BMT-nin Əhali Fondu ilə memorandum imzalayıb
Kapital Bank BMT-nin Əhali Fondu (BMTƏF) ilə birgə əməkdaşlığı əks etdirən memorandum imzalayıb.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, bununla bağlı 4 mart 2019-cu il tarixində Kapital Bank-ın baş ofisində tərəflər arasında tədbir keçirilib. İmzalanma mərasimində Kapital Bank-ın İdarə Heyəti sədrinin 1-ci müavini Fərid Hüseynov və BMTƏF-in Azərbaycandakı nümayəndəliyinin Baş müşaviri Fərid Babayev iştirak edib.
İki qurum arasında baş tutacaq ilk layihə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunan “İtirdiyimiz qızlar” adlı ictimai vəkillik kampaniyası olacaq. Kampaniya çərçivəsində sosial mediada bir sıra aktivliklər və Kapital Bank-ın filiallarında, doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına qarşı məlumatlandırma materialları paylanacaq.
“Biz korporativ sosial məsuliyyət strategiyamıza uyğun olaraq il ərzində bir sıra layihələr həyata keçiririk. Təbii ki, bu tip layihələr cəmiyyət üçün əhəmiyyətli məna kəsb edəcək bir siqnal olmalıdır, insanları düşündürməlidir. BMT-nin Əhali Fondu ilə əməkdaşlığımız nəticəsində də maarifləndirici layihələri təqdim etməyi düşünürük. Memorandum çərçivəsində həyata keçirilən ilk layihəmiz 8 mart ərəfəsində təqdim olunacaq”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin 1-ci müavini Fərid Hüseynov bildirdi.
“Azərbaycanın bank sektorunun liderindən biri ilə memorandumun imzalanması Dayanaqlı İnkişaf Məqsədlərinə çatmaq istiqamətində dinamik və inklyuziv strateji əməkdaşlığa zəmin yaradacağına əminəm. Korporativ sosial məsuliyyət çərçivəsində gender bərabərliyi və demoqrafiyanın inkişafına həssaslıq göstərən və BMTƏF fəaliyyətinə töhfə verdiyi üçün Kapital Bank-a minnətdarlığımı bildirirəm”, - deyə, BMTƏF-in Azərbaycandakı nümayəndəliyinin Baş müşaviri Fərid Babayev bildirdi.
Qeyd edək ki, BMT-nin Əhali Fondu reproduktiv sağlamlıq və hüquqların təşviqinə çalışan BMT-nin aparıcı təşkilatıdır. Azərbaycanda fəaliyyət göstərdiyi 25 il ərzində BMT-nin Əhali Fondunun səyləri əhalinin mövcud və gələcək ehtiyaclarının müvafiq şəkildə həll olunması üçün milli siyasət və proqramların formalaşdırılması, həyata keçirilməsi və monitorinqi üçün demoqrafik məlumatların mövcudluğunu, əlçatanlığını və istifadəsini yaxşılaşdırmaq üçün milli potensialın artırılmasına yönəlib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
34 d. əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüş olub, geniş tərkibdə görüş başlayıb
-
47 d. əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar


























