"Qazprombank": SOCAR-ın Qaradağdakı layihəsində iştirakımız nəzərdən keçirilir
"Rusiyanın "Qazprombank"ı Azərbaycanda layihələrin maliyyələşdirilməsi prinsipinə uyğun olaraq həyata keçiriləcək bütün layihələrdə iştirak etməyə hazırdır".
Bu barədə "Qazprombank"ın İdarə Heyətinin sədr müavini Famil Sadıqov jurnalistlərə bildirib.
O, nümunə kimi, bankın Bakının Qaradağ rayonunda yerləşən yeni qaz emalı və polimer kompleksinin (GPC) tikintisi layihəsində iştirakını göstərib.
"Bu layihədə iştirak etməyə hazır olduğumuzu bildirmişik. "SOCAR Polymer"in yaradılması baxımından SOCAR ilə iş təcrübəmiz var. Bu layihədən məmnunuq. Bu, güman ki, layihələrin maliyyələşdirilməsi prinsipi əsasında qurulmuş yeganə layihədir. Azərbaycanda bu istiqaməti inkişaf etdirməyin zəruri olduğunu hesab edirəm. "Qazprombank" SOCAR-ı etibarlı tərəfdaş hesab edir və bu şirkətlə gələcəkdə də əməkdaşlıq etməyə hazırdır", - F.Sadıqov deyib.
O, eyni zamanda qeyd edib ki, bankın SOCAR-ın layihələrini maliyyələşdirmək üçün limiti 3 milyard dollara bərabərdir: "Hazırda bankın GPC kompleksi yaradılması layihəsinə 400 milyondan 800 milyon dollara qədər investisiya qoyuluşunda iştirakı məsələsi nəzərdən keçirilir".
"Bu gün azərbaycanlı iş adamları ilə layihələrin maliyyələşdirilməsi məsələlərini müzakirə edirik. Üç əsas istiqamət var. Bunlar layihələrin maliyyələşdirilməsi, infrastruktur tikintisi, dövlət və özəl tərəfdaşlıqır", - F.Sadıqov deyib.
Onun sözlərinə görə, bank Azərbaycanda bir neçə layihə həyata keçirir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 14 d. əvvəl
-
- 33 d. əvvəl
-
51 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Ən çox oxunanlar
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
























