Yeni 10 manatlıq dövriyyəyə buraxılır - FOTOLAR
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2006-cı il yanvarın 1-də denominasiya tədbirləri çərçivəsində tədavülə yeni nəsil pul nişanları buraxılmışdır. Bu barədə "Marja"ya Mərkəzi Bankdan bildirilib.
Qeyd edilib ki, tədavülə buraxılmasından 13 il keçməsinə baxmayaraq bu pul nişanları öz estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə və mühafizə sistemlərinə görə aktuallığını hələ də qoruyur.
Bununla yanaşı, hazırda dünyada pul nişanlarının yaradılması və istehsalı sahəsində bir çox yeniliklər baş verir, pulların dizaynının və mühafizə sistemlərinin təkmilləşdirilməsi istiqamətində yeni innovasiyalar, nano və mikro texnologiyalar geniş tətbiq olunur.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Dünyanın aparıcı mərkəzi bankları kimi Azərbaycan Mərkəzi Bankı da bu çağırışlardan irəli gələrək dünya təcrübəsində mövcud olan ən son texnologiyalar və innovasiyaları nəzərə almaqla pul nişanlarımızın dizaynının və xüsusilə mühafizə sistemlərinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır.
Bu istiqamətdə ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən 24 may 2018-ci il tarixində tədavülə 200 manatlıq pul nişanı buraxılmışdır.
"Mərkəzi Bank tərəfindən dizayn mövzusu “Azərbaycan tarixinə” həsr olunmuş 10 manatlıq pul nişanının təkmilləşdirilməsi və mühafizə elementlərinin müasirləşdirilərək daha yüksək standartlara uyğulaşdırılması həyata keçirilmişdir.
Yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılmışdır.
AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ
Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunmuşdur.
Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir. Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini-mətnlər və nominalın rəqəmləri görünür. Eyni zamanda, banknotun ön tərəfində İçəri şəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur.
Pul nişanının arxa tərəfində isə üzərində işıqda görünən "10" rəqəmi və "AMB" yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Eyni zamanda, üzərində "10 AZN" yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilmişdir",- məlumatda deyilir.
Yenilənmiş 10 manatlıq pul nişanı 18.03.2019-cu il tarixdən tədavülə buraxılır. Bu pul nişanı hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 saat sonra
-
-
7 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
15 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 16 saat əvvəl
-
16 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
18 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)















.jpg)

