Problemli kreditlərin həlli zamanı bankların müştərilərinə etdiyi güzəştlər nəzərə alınacaq
Azərbaycanda banklar vətəndaşların ödəniş qabiliyyətini bərpa olunması üçün vaxtilə onlara müəyyən güzəştlər təklif edib.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasında fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiyası ilə bağlı keçirilən portalın təqdimatı zamanı qurumun Nəzarətin metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov bildirib.
Onun sözlərinə görə, prezidentin bu məsələ ilə bağlı fərmanda isə yaranmış məzənnə fərqindən çəkilən zərərə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulub.
“Əgər kredit təşkilatı xüsusi məzənnə endirimləri ilə müqavilə təklif edibsə, o zaman həmin güzəşt hesablanmış kompensasiya məbləğindən çıxılacaq, ona uyğun olaraq hesablanacaq”, - O.İsmayılov əlavə edib.
Palatanın mətbuat katibi Elşən Allahverdiyev isə bildirib ki, vətəndaşlar növbəlilik prinsipi ilə banklara dəvət olunacaqlar.
“Ən geci aprel ayının sonundan kompensasiyaların ödənilməsinə başlanılacaq”, - o deyib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Xəbər verdiymiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı işlərin icrası çərçivəsində elektron portal hazırlayıb.
Borcalanlar pk.fimsa.az ünvanında yerləşən bu portala daxil olaraq ona hesablanmış kompensasiya məbləği və restrukturizasiya edilməsi təklif olunan kreditlər barədə detallı məlumat ala biləcəklər.
Belə ki, portal vətəndaşlara hesablanmış kompensasiyanın məbləği ilə yanaşı, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi, kompensasiyanın cari borcların ödənilməsinə yönəldilən və vətəndaşa çatan hissəsi, həmçinin restrukturizasiya güzəştinin şamil oluna biləcəyi cari kreditlər barədə ümumiləşdirilmiş məlumatları özündə əks etdirir.
Problemli kreditlərin həlli ilə bağlı işlərin icrası nəticəsində Prezident fərmanının əhatə dairəsinə düşən bütün vətəndaşlara SMS də göndəriləcək.
Fəaliyyətdə olan bankların müştəriləri SMS-i həmin banklardan, ləğv prosesində olan bankların, eləcə də bank olmayan kredit təşkilatlarının müştəriləri isə SMS-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-dən alacaqlar.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 14 d. əvvəl
-
- 28 d. əvvəl
- 42 d. əvvəl
-
47 d. əvvəl
Bank BTB-nin “Komissiyanı dondurduq” lombard krediti üzrə kampaniyası davam edir
-
50 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində iştirak edəcək
-
1 saat əvvəl
Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı açıqlanıb
-
1 saat əvvəl
50-dən çox ölkədə uşaq qidası qalmaqalı: Məhsullar bazardan yığışdırılır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
FED/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Əmək müqavilələrinin sayı artır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Fitch ABŞ üçün iqtisadi artım proqnozunu yüksəldib
FED/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
BMT qlobal iqtisadiyyata dair proqnozlarını açıqlayıb
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub










.jpg)
















