STP-dən Metaləritmə zavodunda baş vermiş hadisə barədə açıqlama
22 mart 2019-cu il tarixdə səhər saatlarında Sumqayıt Texnologiyalar Parkının Metaləritmə zavodunda bədbəxt hadisə baş verib.
Parkın yaydığı məlumatda bildirilir ki, poladəritmə zamanı qaynar metal ərintisi təzyiqlə sıçrayaraq qazanın ətrafında olan 4 işçiyə xəsarət yetirib. Zərərçəkənlərdən biri sıçrama yerinə yaxın olduğu üçün xəsarəti ağır olub və daha sonra martın 26-sında xəstəxanada dünyasını dəyişib. Digər üç nəfərin vəziyyəti normaldır və onlardan biri artıq işə çıxır.
Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları araşdırma aparır. Araşdırma başa çatdıqdan sonra hadisənin səbəbləri barədə dəqiq məlumat veriləcək.
Qeyd edək ki, işçilər bayram vaxtı əmək məcəlləsinə uyğun olaraq qanun çərçivəsində növbəli iş rejimində çalışıblar. Əməkdaşların hər biri icbari siğorta olunublar. Bununla yanaşı, şirkətimiz xəsarət alanların və dünyasını dəyişən əməkdaşımızın bütün xərclərini qarşılayıb, bundan sonra da lazımı dəstək göstəriləcək.
Rəhmətə gedən əməkdaşımız Minyaz Seyidəliyevin yaxınlarına bir daha baş sağlığı verir, xəsarət almış Mürşüd Məmmədov, Vüqar Cəlilov və Ceyhun Qaraşova Allahdan şəfa diləyirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)












.jpg)




