Türkiyə Azərbaycandan aldığı qaza görə ödənişləri milli valyutada edə bilər
"TANAP Türkiyənin enerji strategiyası çərçivəsində reallaşdırılan ən uğurlu layihələrdən biridir". "Anadolu" agentliyini xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bildirib.
Nazirin sözlərinə görə, "Türk axını" da Türkiyə üçün olduqca önəmli layihədir: "Bu layihənin reallaşdırılması ilə biz Rusiya ilə əlaqələrimizi daha da genişləndirmiş olacağıq".
Türkiyənin tranzit potensialını olduqca yüksək qiymətləndirən B. Albayrak qeyd edib ki, ölkəsi regional mərkəzə çevrilib.
Nazir əlavə edib ki, Türkiyə ilə Rusiya idxal olunan təbii qaza görə lirə ilə ödənişlərin edilməsi üçün danışıqlara başlayıb: "Bağlı qapılar arxasında bizi təhdid etməyə çalışırlar. Lakin biz heç nədən qorxmuruq. Ümumiyyətlə, Türkiyə iri həcmdə təbii qaz idxal edən ölkələrlə milli valyutada ticarətə başlayır. Bu, olduqca önəmli məsələdir. Artıq bu istiqamətdə Rusiya ilə danışıqlara başlamışıq. Danışıqlara bütün aidiyyatı qurumlar cəlb olunub".
Qeyd edək ki, Türkiyənin BOTAŞ şirkəti ötən il Azərbaycandan 6,17 mlrd. kubmetr qaz idxal edib. Şirkət bu il Azərbaycandan 0,33 mlrd. kubmetr çox, yəni 6,5 mlrd. kubmetr qaz almaq niyyətindədir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















