Regional Azərbaycan Turizm Forumu keçirilir - FOTOLAR
"Gilan Hospitality Group", "Qafqaz Hotels & Resorts", H.Əliyev adına Qəbələ Konqres Mərkəzi və Mondo şirkətinin təşkilati sponsorluğu ilə 20 aprel 2019-cu il tarixində Qəbələ şəhərində ilk dəfə olaraq Regional Azərbaycan Turizm Forumu keçirilir.
Tədbirin keçirilməsində məqsəd ölkənin turizm imkanları, gələcək perspektivlər, müasir texnoloji yenilikləri ölkə turizminin inkşafına tətbiq etmək, qanunvericilik və ondan irəli gələn məsələləri müzakirə etməkdir.
Tədbir zamanı Turizm Labaratoriyasının (Tourism Lab.) nəzdində həyata keçirilən və keçiriləcək layihələr barədə məlumat verən “Tourism Lab.” şirkətinin rəhbəri Həvva Səfərova bildirdi ki, “Artıq 4-cü ilinə qədəm qoyan Azərbaycan Turizm Forumu ilk layihələrimizdən biridir. Hər il Bakıda baş tutan Forum ilk dəfə olaraq Qəbələdə keçirilir. Turizmə maraq göstərən, təhsil alan tələbələri də nəzərə alıb, keçən ildən başlayaraq tələbələr üçün “Tourism Students Meetup” layihəsi həyata keçiririk. Bu layihəmizin də davamlı olacağına və ölkə turizminə töhvə verəcəyinə inanıram. Bu ildən isə yeni bir layihənin hazırlıqlarına başlamışıq. Yay aylarında 1-ci “Azerbaijan Tourism Awards” layihəsi baş tutacaq. Bunun da hazırlıqları davam edir. İnanıram ki, digər layihələrimiz kimi bu da ölkə turizminin tarixində iz qoyacaqdır.”
Həvva Səfərovanın açılış nitqindən sonra spikerlərin çıxışları və auditoriyanın sualları ilə forum davam edir.
Azərbaycan Turizm Forumunun Qəbələ görüşünün çıxışçıları
Seymur Hacıyev - “Gilan Hospitality Group” - Group Procurement Director
Şəbnəm Süleymanova - “Qafqaz Tufandag Hotel Gabala” İdarəedici Direktoru
Göydəniz Qəhrəmanov - "Spektr Travel" şirkətinin rəhbəri
Orkhan Isayev - "HRS- Hospitality & Retail Systems" şirkətinin Reqional Direktoru
Niyazi Qasımov - "Qasımsoy" agentliyinin direktoru
Daniel Burkhard - "Chenot Palace" otelinin Baş Meneceri
David Khripunov - "David Digital Sharks" şirkətinin təsisçisi
Azer Mammadzade - "Winter Park Otel"in Satış və Marketinq departamentinin direktoru
Rivka Khripunova - "Rivka" distant İngilis kurslarının təsisçisi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 22 saat sonra
-
- 18 saat sonra
-
49 d. əvvəl
Azərbaycan bankı Niderland bankından 25 milyon dollar kredit cəlb etdi
-
1 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ipoteka kreditlərinin 80%-i dövlət hesabına verilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unicapital-dan fərqli investisiya təcrübəsi – yeni veb “Trading Portal”
-
1 saat əvvəl
S&P: SOCAR üçün 2025–2027-ci illərdə sabit, lakin təzyiq altında maliyyə dövrü gözlənilir
-
2 saat əvvəl
Reytinq agentliyi neftin qiymətinin daha da düşəcəyini gözləyir - PROQNOZLAR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb
S&P: SOCAR üçün 2025–2027-ci illərdə sabit, lakin təzyiq altında maliyyə dövrü gözlənilir
Ən çox oxunanlar
Bankın İdarə Heyətinin sədri vəzifəsindən ayrılıb
"Bakı Ticarət Mərkəzi"nin nizamnamə kapitalı kəskin azaldıldı
Bakı Limanı daha çox yük aşırıb
Avtobus marşrutları müsabiqəyə çıxarılır - SİYAHI
Noyabrın 14-də gözlənilən hava şəraiti
Wolt artıq Şəkidə!












.jpg)





.jpg)


