Azərbaycanda son bir ilin sosial-iqtisadi islahatları - VİDEO
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin növbəti “Video icmal”ı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin son bir il ərzində həyata keçirdiyi quruculuq işləri, beynəlxalq layihələr və biznes, sosial və struktur islahatlarına həsr olunub.
Mərkəzdən "Marja"ya daxil olmuş məlumata görə, “Video icmal”da Azərbaycanda aparılan köklü islahatlar 2018-ci ilin aprel ayının 11-dən başlayaraq ardıcıllıqla hər bir ay üzrə təqdim olunub. Bildirilib ki, İlham Əliyev prezidentlik fəaliyyətinə şəhid ailələrinə kompensasiya verilməsi barədə Fərmanın imzalaması ilə başlayıb və sosial siyasət daim prioritet olub. Son bir il ərzində “Məşğulluq haqqında” yeni Qanun, 2019-2030-cu illər üçün Məşğulluq strategiyası qəbul olunub. İcbari tibbi sığortanın tətbiqi, şəhid ailələrinə kompensasiyaların verilməsi, əmanətlərin tam sığortalanması müddətinin uzadılması, minimum aylıq əmək haqqının 38,5% artırılması, tələbə təqaüdlərinin əsaslı artımı, məcburi köçkünlərin və hərbi qulluqçuların ailələrinə müavinətlərin artırılması, həmçinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı vacib qərarlar qəbul olunub.
“Video icmal”da biznes islahatlarına geniş yer verilib: vergi və gömrük islahatları, biznesə başlama, tikinti icazələri, elektrikə qoşulma, elektron məhkəmə və s. istiqamətlərdə islahatlar qeyd olunub.
“Video icmal”da son bir il ərzində Prezidentin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və infrastruktur layihələri barədə geniş məlumat təqdim edilib. Qeyd olunub ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin fəaliyyətə başlaması, Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP qaz kəmərinin istismara verilməsi, regionun ən böyük külək elektrik parkı “Yeni Yaşma” KEP-nin, Lənkəran Olimpiya İdman Kompleksinin, Türkiyə tarixinin ən böyük xarici sərmayəsi “Star” NEZ-in açılışı və “Yaşıl Dəhliz”in tətbiqi həyata keçirilən mühüm işlərdir. Bu vaxt ərzində qeyri-neft sektorunun ən böyük layihəsi “SOCAR karbamid”in və “Socar Polymer”in fəaliyyətə başlaması Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edib.
Aparılan dərin islahatlar Azərbaycanın “Doing Business 2019” hesabatında dünyanın ən çox islahat aparan ölkəsi seçilməsi ilə nəticələnib və ölkəmiz 190 dövlət arasında 25-ci olub. Son bir ildə Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə də 7 pillə irəliləyib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Həmçinin bu müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə idarəetməni daha çevik, yığcam və məqsədyönlü edəcək önəmli struktur islahatları həyata keçirilib.
Video çarxı sizə təqdim edirik.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 28 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















