Əmanətlər milli valyutada azalıb, xarici valyutada artıb
2019-cu ilin Fevral ayı ilə müqayisədə Mart ayında banklarda fiziki şəxslərin (əhalinin) əmanətləri 125,1 milyon manat artıb.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 31 Mart 2019-cu il tarixində fiziki şəxslərin cəmi əmanətləri 8 milyard 339,1 milyon manat təşkil edib. Bu, 28 Fevral 2019-cu il tarixi ilə müqayisədə 125,1 milyon manat çoxdur.
Fiziki şəxslərin əmanətləri ötən ilin sonu ilə müqayisədə Yanvarda 299,5 milyon manat azalmış, Yanvar ayı ilə müqayisədə Fevralda isə 138,1 milyon manat artmışdı. İlk 3 ayda fiziki şəxslərin əmanətləri 36,3 milyon manat azalıb.
Mart ayının sonunda fiziki şəxslərin 8 milyard 339,1 milyon manat cəmi əmanətlərinin 3 milyard 297,4 milyon manatı və ya 39,54%-i milli valyutada, 5 milyard 41,7 milyon manatı va ya 60,46%-i xarici valyutada olub.
Fevral ayının sonunda fiziki şəxslərin 8 milyard 214 milyon manat əmanətinin 3 milyard 331,5 milyon manatı və ya 40,6%-i milli valyutada, 4 milyard 882,5 milyon manatı və ya 59,4%-i xarici valyutada idi.
Martda milli valyutadakı əmanətlər 34 milyon manat azalıb, xarici valyutadakı əmanətlər isə 159,2 milyon manat artıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
7 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)











.jpg)







