İslam bankçılığı üçün qanunlar təhlil ediləcək - EKSPERTLƏR CƏLB OLUNUB
Azərbaycanda İslam bankçılığının zəruri olub-olmaması qanunların təhlili ilə ortaya çıxa bilər
Azərbaycanda İslam maliyyəçiliyinin inkişafına dair təkliflər hazırlamaq üçün “Ekvita Consulting” konsorsiumu və avropalı ekspertlər cəlb olunublar.
Hökumətdən verilən xəbərə görə, ölkədə İslami bankçılığı xidmətlərini tətbiq etmək imkanlarına dair ekspertlər tərəfindən hazırda mövcud qanunlar üzərində aparılan təhlillər başa çatandan sonra qənaətə gəlmək mümkün olacaq.
Ölkədə İslam maliyyəçiliyinin hüquqi əsaslarını hazırlamağa texniki dəstək layihəsinin həyata keçirilməsinə məsul qurum qismində layihənin benefisiarı olan İqtisadiyyat Nazirliyi tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təyin olunub. Gələcəkdə isə İslam maliyyəçiliyi inkişaf etdikcə, bu maliyyə məhsullarına yeni sərmayə cəlb etmək üçün alternativ mənbə kimi istifadə oluna biləcək.
KOBİA-dan verilən məlumata görə, hazırda əsas məqsəd qüvvədəki qanunların İslam maliyyəçiliyi qaydalarına nə qədər uyğun olduğunu müəyyənləşdirməkdir.
“Bu istiqamətdə bir çox dövlət qurumları ilə iş aparılır. Alternativ bank maliyyəçiliyi modelləri Avropada, Türkiyədə, Qazaxıstanda, Böyük Britaniyada istifadə olunur. Hər halda alternativ maliyyə mənbələrinin tətbiqi ölkədə biznesi dəstəkləmək baxımından əhəmiyyətlidir”, – KOBİA-dakı mənbə bildirib.
İslam maliyyəçiliyi üçün hüquqi baza hazırlamaq məqsədi ilə İslam İnkişaf Bankı hökumətə 200 min dollar məbləğində texniki yardım ayırıb. Müvafiq qrant sazişi 2017-ci ilin yanvar ayında imzalanmışdı.
Hazırda bankçılıq sahəsindəki mövcud qanunlarda ikili vergitutma ilə bağlı məsələlərin açıq qalması, həmçinin şəriət və İslam dini qayda-qanunlarına əsaslanan həmin bankçılıq məhsulları ilə bağlı faiz dərəcələri və onların təyini, müəyyən sahələrdə əməliyyatlara qadağa qoyulması kimi məhdudiyyətlər üzündən bu kimi məhsulların ölkədəki tətbiqi xeyli çətindir.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən İslam İnkişaf Bankının üzvüdür.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
-
13 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 16 d. əvvəl
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 39 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb







.jpg)











.jpg)




