Dünyanın ən böyük aeroportunda sınaq uçuşları həyata keçirilib
Pekində yeni inşa olunan "Dasin" beynəlxalq hava limanında mayın 13-də sınaq uçuşları həyata keçirilib.
Ölkənin ən böyük aviasiya şirkətlərindən olan "China Southern"ə məxsus "Airbus 380" tipli təyyarə Pekindəki "Paytaxt" hava limanından qalxaraq yerli vaxtla səhər 9:30-da dünyanın ən böyük aeroportu olan "Dasin"də uğurlu sınaq enişi edib. Təxminən 15 dəqiqə sonra isə "Xiamen Airlines" şirkətinin "Boeing 787" təyyarəsi həmin hava limanına enib. Gün ərzində "China Eastern" və "Air China" şirkətlərinə məxsus "Boeing 747" və "Airbus A350" tipli təyyarələrin də "Dasin" hava limanına sınaq enişi ediblər.
Qeyd edək ki, Pekinin cənub hissəsində, Xebey vilayətinin Lanfan şəhəri ilə kəsişmədə yerləşən "Dasin" hava limanının ümumi sahəsi 1 milyon kvadratmetrdir. "Dasin" bu göstərici ilə dünyanın ən böyük aeroportu ünvanına sahiblənib. Hava limanının illik sərnişin ötürmə gücünün 2021-ci ilədək 45 milyon, 2025-ci ilədək 72 milyona, 2040-cı ildə isə 100 milyona çatması gözlənilir. Aeroportun əsas binasının dizayn layihəsi məşhur memar Zaha Hadidə məxsusdur. Aeroportun 4 uçuş-enmə zolağı ildə 620 min təyyarə qəbul edib, yola salacaq. Hava limanından həm daxili, həm də beynəlxalq uçuşlar həyata keçiriləcək. Aeroportun sentyabrın 30-da fəaliyyətə başlayacağı gözlənilir.
Hazırda Pekində yalnız daxili uçuşların həyata keçirildiyi "Nanyuan" hava limanı ilə yanaşı, sərnişin ötürmə qabiliyyətinə görə ABŞ-ın Atlanta şəhərindəki “Harstfild-Cekson” hava limanından sonra dünyada ikinci ən böyük olan "Paytaxt" beynəlxalq aeroportu fəaliyyət göstərir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
6 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 28 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir





















