İran birjada 67 dollardan neft satacaq
ABŞ sanksiyaları səbəbilə neft satışında çətinlik çəkən İran rəhbərliyi, 2 milyon barel xam nefti bareli 67,28 dollardan İran Enerji Birjasında (IRENEX) satışa çıxarmağa hazırlaşır.
"Marja" İranın rəsmi agentliyi IRNA-ya istinadən xəbər verir ki, Neft Nazirliyinin IRENEX nümayəndəsi Əmr Hüseyn Tebyaniyan, 2 milyon barel xam nefti 21 Mayda 67 dollar 28 sendən birjada satışa təqdim edəcəklərini açıqlayıb.
Tebyaniyan, əvvəlki satışlarda 35 min barel müəyyən olunmuş ən az satış miqdarının min barel olaraq dəyişdirildiyini, beləcə alıcıların risklərinin azaldıldığını qeyd edib.
İran ABŞ sanksiyalarından yayımağı hədəfləyir.
İran Neft Nazirliyi, ilk dəfə 28 Oktyabrda birjada satışa təqdim edilən 1 milyon barel xam nefti bareli 74 dollar 85 sentdən, ikinci dəfə 11 Noyabrda da 700 min barel nefti 64 dollar 97 sendən satmışdı.
İran, 21 Yanvarda 52 dollar 42 sent, 4 Fevralda da 56 dollar 24 sentdən olmaqla 2 milyon barel xam nefti birjada satışa çıxarmış ancaq bu iki satış alıcı tapmamışdı.
Bu dəqiqələrdə Brent neftin bareli beynəlxalq bazarlarda 73,21 dollardan icra olunur.
ABŞ rəhbərliyi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə İran arasında 2015-də imzalanan nüvə razılaşmasından 2018-ci ilin May ayında çıxaraq, İrana sanksiyalar tətbiq etmişdir. İrana neft sanksiyaları da tətbiq edilib. ABŞ rəhbərliyi İranın neft ixracatını sıfıra endirmə hədəfləyir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
İran lideri Xameneyi, daha əvvəl etdiyi bir çıxışında, ABŞ sanksiyaları səbəbilə neft satışında üsul müxtəlifliyinə gedilməsi və özəl sektorun da bu işi boynuna götürməsi lazım olduğunu bildirmişdi.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
- 31 d. əvvəl
-
40 d. əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
53 d. əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
55 d. əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 58 d. əvvəl
- 8 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
13 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Ən çox oxunanlar
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
























