"Kompensasiya alacağını ilk dəfə Unibank əməkdaşından eşidən müştərilərimiz də var"- MÜSAHİBƏ
Unibank müştərilərinin böyük əksəriyyəti kompensasiya məbləğini alıb. Bu haqda “Unibank” KB-nın Satış və xidmətə dəstək departamentinin müdiri Mikayıl Məmmədov bildirib.
-Bu həftə Unibankda kompensasiya ödənişləri başa çatır. Proses hansı mərhələdədir?
Bildiyiniz kimi, Fərmanın əhatə etdiyi ən çox müştəri sayı Unibankın payına düşür. Fərmanın vacibliyini, istər müştərilər, istərsə də bank sektoru üçün böyük əhəmiyyətini ilk gündən dərk edərək, bütün resurslarımızı Fərmanın icrasının vaxtında bitməsi üçün səfərbər etmişik.
Unibank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanının icrasına başlanıldığı ilk gündən gücləndirilmiş iş rejimində çalışır. Hətta ötən şənbə və bazar günü də gücləndirilmiş rejimdə fəaliyyət göstərmişik. Fərmanın daha operativ icrası məqsədi ilə bankın bütün filial əməkdaşları kompensasiya ödənişini həyata keçirməyə yönləndirilib. Fərmanın vaxtında və yüksək səviyyədə icrası bankın əsas prioritetidir. Demək olar artıq əksəriyyət müştərilərimizə kompensasiyalar ödənilib. Bütün müştərilərimizə filiala gəlib kompensasiya vəsaitini əldə etmələri üçün SMS bildirişlər göndərilib. Hansısa texniki səbəbdən SMS almayanların olduğunu nəzərə alaraq elan etmişik ki, kompensasiya siyahısında adı olan müştərilərimiz bu həftə bank filialarına müraciət edib kompensasiyasını götürə bilər.
-Ola bilərmi ki, hansısa müştərinin kompensasiya alacağından ümumiyyətlə xəbəri yoxdur?
-Kompensasiya siyahısında olan hər bir müştərimizin dövlətin ona ayırdığı vəsaiti vaxtında alması üçün bank olaraq bir çox tədbirlər həyata keçiririk. SMS göndərməklə kifayətlənməyərək bu həftənin əvvəlindən müştərilərə birbaşa zənglər edirik. Bank əməkdaşları müştərilərin sistemdəki əlaqə nömrələrinə zəng edərək, kompensasiyalarını götürmələri üçün filiala dəvət edirlər. Bu zənglər zamanı biz gözləmədiyimiz vəziyyətlə qarşılaşdıq. Məlum oldu ki, bir sıra müştərilərin ona kompensasiya hesablandığından ümumiyyətlə xəbəri yoxdur. Bank əməkdaşının zəngindən sonra müştəri filiala gəlib ona çatan məbləği götürür. Kompensasiya alacağını məhz Unibank əməkdaşının zəngindən öyrənən onlarla müştərimiz oldu. Birbaşa zəng zamanı bəzi müştərilərimizdən bankdan gələn kompensasiya məbləğini bildirən SMS-i oxumadıqlarını deyənlər də oldu. Məlumatsız olan bu müştərilərə xəbər vermək və onlara düşən vəsaiti əldə etmələrinə yardımçı olmaq bizi çox sevindirir. Bank olaraq bütün müştərilərimizn prosesin sonunadək kompensasiya məbləğini əldə etməsində maraqlıyıq.
-Əlaqə yaradılması ümumiyyətlə mümkün olmayan müştərilərin kompensasiya vəsaiti hansı formada ödəniləcək?
-Son günədək biz qalan bütün müştərilərimizlə əlaqə yaratmağa çalışacağıq. Əlaqə saxlanılması heç cür mümkün olmayan müştərilərə hesablanmış kompensasiya məbləğləri onların bankımızda olan hesabına köçürüləcək və müştəri istənilən vaxt gəlib bu vəsaiti hesabından götürə bilər.
-Hansı hallarda müştəriyə hesablanmış kompensasiya onun borcuna silinə bilər?
-Cənab Prezidentin fərmanında da qeyd olunduğu kimi kompensasiyaların ödənişində əsas məqsəd müştərilərin kredit yükünün azaldılması, üzləşdiyi maliyyə itkisinin qarşısını almaqdır. Kompensasiya məbləğindən silinmələr yalnız müştərinin gecikmədə olan və ya məhkəmə qərarı olan krediti üzrə aparıla bilər. Bu proses isə müştərinin kredit yüklülüyünün azaldılmasına, məhkəmdə olan işlərin azalmasına xidmət edir. Gecikdirilən borcdan əlavə məbləğ isə müştərinin özünə qaytarılır. Heç bir gecikməyən kredit üzrə silinmə ola bilməz və olmayıb.
Müştərilərin xəbərləri
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 15 saat sonra
-
-
4 d. əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
-
1 saat əvvəl
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
-
1 saat əvvəl
İti tikinti şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
-
4 saat əvvəl
"KazMunayQaz-Aero" Şımkent hava limanında AZAL təyyarələrini yanacaqla təmin edəcək
-
4 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
Mayın 27-nin hava proqnozu - 30 dərəcəyədək isti olacaq
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb






.jpg)
.jpg)




.jpg)









