İctimai yerdə siqaret çəkilməsi qadağan edilir
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsi və İnsan hüquqları komitələrinin birgə iclası keçirilib.
İclasda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirə edilib.
Layihə barədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev məlumat verib.
Onun sözlərinə görə, qanun layihəsi 3 fəsil, 18 maddədən ibarətdir. A. Vəliyev bildirib ki, bu qanun layihəsi Azərbaycanda əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, pis vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə zərərli təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.
Qanun layihəsinə əsasən, səhiyyə müəssisələrində, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla bütün növ ictimai iaşə obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, inzibati binalarda, fərdi iş otaqları və tütün çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla iş yerlərində, hava və dəniz limanlarının inzibati binalarında, dəmr yolu vağzallarında, avtovağzallarda və avtobus dayanacaq məntəqələrində xüsusi ayrılmış yerlər istisna olmaqla, eləcə də uşaq meydançalarında və çimərlik əraziləri hüdudlarında, yanacaqdoldurma stansiyalarında və digər yerlərdə tütün çəkilməsinə icazə verilməyəcək.
Bundan başqa, təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, habelə onların ərazilərində, bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, kütləvi yarışların keçirildiyi zallarda, restoran, barlar, kafelər daxil olmaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ticarət və məişət obyektlərində, mehmanxanalarda və digər yerlərdə tütün məmulatının istehlakına məhdudiyyətlər tətbiq olunacaq.
Eyni zamanda, qanun layihəsinə əsasən tütün satışı, tütün sponsorluğunun reklamı və stimullaşdırılması qadağan edilir. Həmçinin, televiziya və radio yayımçıları tütün istifadəsinin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə verilişlər hazırlamalı və ay ərzində 90 dəqiqədən az olmayaraq efir vaxtı ayırmalıdır.
Qanunun tələblərini pozanlar Mülki, İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
-
2 saat əvvəl
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
"FNC BOKT" da 15 faizlə borc alır
Hotellər üçün minimum qiymət müəyyən edilməsi təklif olunur
Ən çox oxunanlar
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
Neftin qiyməti son 4 ayın ən yüksək səviyyəsinə çatdı
Daha bir BOKT 15 faizlə borca pul istəyir - ŞƏRTLƏR
"FINCA Azerbaijan" illik 9 faizlə 1 milyon dollar borc aldı
Qızılın qiymətində yeni rekord
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
Nəhəng neft şirkəti olan Lukoil ABŞ şirkətinə satılır
























