SOCAR AQŞ “Günəşli”də daha bir quyunun tikintisini yekunlaşdırıb
“SOCAR AQŞ” Xəzərdə 4 neft və qaz yatağında, o cümlədən dayazsulu “Günəşli”, “Qərbi Abşeron”, “Ümid” və “Bulla” yataqlarında mövcud olan 5 platformada 6 qazma qurğusu vasitəsilə qazma işlərini aparır.
Şirkətdən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, kompleks qazma və quyu xidmətləri göstərən “SOCAR AQŞ” bu günlərdə 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2713 metr olan 339 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, keyfiyyətlə, vaxtından tez və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.
Müəssisə, eyni zamanda 7 saylı özüldən layihə dərinliyi 4150 metr olan Qala lay dəstəsinə qazılan 38 nömrəli kəşfiyyat quyusunda və layihə dərinliyi 2670 metr olan Balaxanı lay dəstəsi –X horizonta qazılan 342 nömrəli quyuda qazma işlərinə start verib.
Qeyd edək ki, müəssisə 7 saylı stasionar dəniz özülündə, eyni zamanda iki qazma qurğusundan istifadə edərək quyu tikintisi işlərini davam etdirir. SOCAR AQŞ “Günəşli” yatağında “Hong Hua ZJ 70/4500 DZ” qazma qurğusu vasitəsilə özüldən 38 və eyni ozüldə ikinci qazma qurğusu, yeni nəsil qazma avadanlığı olan “Bentec 3000 HP” vasitəsilə 342 nömrəli quyuların qazılmasını həyata keçirir.
Bununla yanaşı, SOCAR AQS dayazsulu “Günəşli” yatağında 11 saylı özüldən 346 nömrəli quyuda qazma işlərinə başlayıb.
Qeyd edək ki, 346 nömrəli quyunun Fasilə lay dəstəsinə qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 3550 metr təşkil edir.
Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














.jpg)

