Günəbaxan sahələrinə "şala" yayılıb
Mingəçevirdə əkin sahələrinin çəyirtkəkimilərin hücumuna məruz qalması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilməkdədir.
Agentlikdən verilən məlumata görə, artıq yaranmış vəziyyətlə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət edən şəxslərlərlə Yevlax rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən görüş keçirilib.
Onlarla birlikdə Kombinat və Qazandağ ərazilərində günəbaxan bitkisi əkilən 119 hektar sahəyə baxış keçirilib.
Yayılan zərərvericinin yerli “Şala” növü olduğu müəyyən edilib. Aşkar edilən şalaların sürü əmələ gətirən xüsusi təhlükəli zərərli orqanizm olmadığı izah edilib. Buna baxmayaraq kimyəvi mübarizə tədbirlərinin görülməsi ilə bağlı müvafiq qərar qəbul edilib.
Eyni zamanda, Aqrar Xidmətlər Agentliyi tərəfindən müvafiq dərman vasitələri ilə təmin edilən mobil mühafizə dəstələri əraziyə ezam olunub. İyunun 8-dən etibarən həmin ərazilərdə fitosanitar müşahidə və kimyəvi mübarizə tədbirlərinə başlanılıb. Hazırda həmin ərazilərdə müvafiq tədbirlər həyata keçirilməkdə davam edir.
Qeyd edək ki, uzun illərdir Mingəçevir və Yevlax ətrafı ərazilərdə çəirtkəkimilərin miqrasiyası və hərəkəti qeydə alınmayıb.
Cari ilin aprel ayının ikinci ongünlüyündən etibarən bu günə qədər respublika üzrə ümumilikdə 34890 hektar sahədə çəyirtkəkimilərə (əsasən Mərakeş çəyirtkəsinə) qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirləri İmişli (14400 ha), Saatlı (4630 ha), Sabirabad (1360 ha), Biləsuvar (5072ha), Samux (1285 ha), Tovuz (4590 ha), Beyləqan (975 ha), Göygöl (833 ha), Hacıqabul (460 ha), Şəmkir (410 ha), Laçın (350 ha), Zərdab (263 ha), Kürdəmir (200 ha), Ağsu (50 ha) və Yevlax (12 ha) rayonlarını əhatə edib. Kimyəvi mübarizə zamanı Arrivo 25 EC və Chrysamed Dedex kimyəvi preparatlarından istifadə olunub.
Hazırda ölkə ərazisində çəyirtkəkimilərə qarşı fitosanitar müşahidə və kimyəvi mübarizə tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur















.jpg)





