İcbari və səyahət sığortanızı “Günay Sığorta”dan onlayn əldə edin!
(®) “Günay Sığorta” şirkəti müştərilərinin rahatlığını təmin etmək və onlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək məqsədilə www.gunaysigorta.az saytında müasir sığorta xidmətləri təklif edir.
Belə ki, müştərilər İcbari və Səyahət Sığortası məhsullarını onlayn əldə edə, icbari və könüllü sığorta haqlarını onlayn ödəyə və istədikləri vaxt “Şəxsi Kabinet” bölməsinə daxil olmaqla ofisə yaxınlaşmadan sığorta müqavilələrini yoxlayıb, çap edə bilərlər.
Müştəri saytda İcbari Sığorta və Səyahət Sığortası panelinə klik edərək, ofisə yaxınlaşmadan bir neçə saniyə ərzində rahat şəkildə avtomobilinin icbari sığortasını və səfər sığortası müqaviləsini əldə edə bilər. Bu xidmət müştərilərin öz vaxtlarına qənaət etməsinə kömək edir. Onlayn səyahət sığortası əldə etmək istəyən müştərilər saytda Ulduzum kodunu daxil etməklə 20% endirim də əldə edirlər. Həmçinin avtomobilini könüllü sığorta etdirmək istəyən müştərilər istədikləri kasko sığorta paketini seçib, sığorta haqqını hesablayıb, sifariş üçün müraciət edə bilərlər.
Qeyd edək ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 26 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır.
“Günay Sığorta” ASC-nin məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər http://gunaysigorta.az/az/index.php rəsmi saytından, https://www.facebook.com/gunayinsurance/ rəsmi facebook səhifəsindən və ya şirkətin 7/24 fəaliyyət göstərən məlumat mərkəzinə, (012) 990 qısa nömrəsinə zəng vurmaqla əldə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 3 gün sonra
-
2 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
-
4 saat əvvəl
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
- 4 saat əvvəl
-
5 saat əvvəl
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
Ən çox oxunanlar
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!
AZAL-dan Gürcüstana səfər edənlərə tövsiyə - Bu sənəd tələb olunacaq
“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!
"Şahdağ Turizm Xizək Mərkəzində 1-2 ilə trasların uzunluğu təqribən 55 kilometr olacaq"

















