Azərbaycanda saxta yumurta satılması faktı
Azərbaycanda saxta yumurta satılması ilə əlaqədar faktlar üzə çıxıb.
İstehlakçıların təqdim etdiyi videodan göründüyü kimi, onun "KİVİ" marketdən aldığı yumurtanın sarısı təbii halda olduğundan xeyli fərqlənir.
Çindən gətirildiyi ehtimal edilən bu sayaq yumurtaların kimyəvi maddələrdən istifadə etməklə istehsal olunduğu bildirilir. Bu kimyəvi məhsulun hazırlanması üçün toyuq saxlamağa, onu böyüdüb-artırmağa artıq ehtiyac qalmır. Mütəxəssislərin rəyinə görə, yumurtanın qabığının hazırlanmasında kalsium-korbonatdan istifadə olunur. Saxta yumurtanın içi isə jelatin, boyayıcı və digər maddələri qarışdırmaqla hazırlanır.
İstehlakçının apardığı araşdırma nəticəsində məlum olub ki, saxta məhsulu kənd yumurtası adı ilə satış məntəqələrinə Aydın adlı şəxs çatdırır, lakin onunla əlaqə saxlamaq mümkün olmur: "Yumurta kasetinin içindəki yumurtalar tam saxta olmur. İnsanları çaşdırmaq üçün qarışıq qoyurlar. Yəni müştəri alanda hamısı saxta yumurta çıxmır”.
Hətta ötən ay Azərbaycanda aparılan reyd zamanı saxta yumurta istehsal olunan müəssisə belə aşkarlanıb. Lakin buna baxmayaraq, aidiyyəti dövlət orqanları ölkəyə saxta yumurtaların gətirilməməsi ilə bağlı məlumatları təkzib edirlər.
Bir müddət əvvəl bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov Çindən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. O deyib ki, Çin Xalq Respublikasından 2016-cı il ərzində Azərbaycana 1 ədəd də olsun yumurta idxal olunmayıb: “Bunu Dövlət Gömrük Komitəsi təsdiq edə bilər. Əhaliyə müraciət edərək bildirirəm ki, əgər kiminsə əlində bu barədə hər hansı fakt, süni yumurtanın satıldığı məkan haqda məlumat varsa, dərhal Dövlət Baytarlıq Nəzarəti xidmətinin “qaynar xətti”nə məlumat versinlər. Kütləvi informasiya vasitələrinin iştirakı ilə bu faktı yerində araşdırmağa hazırıq. Bir daha qeyd edirəm ki, yayılan məlumatlar heç bir real fakta söykənmir”.
Dövlət Gömrük Komitəsi də son günlər kütləvi informasiya vasitələrində Çindən Azərbaycana saxta yumurta və düyü idxal edilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama yayıb.
Komitənin yaydığı məlumatda bildirilib ki, Dövlət Gömrük Komitəsi 2016-cı il ərzində Çin Xalq Respublikasından Azərbaycana, ümumiyyətlə, yumurta idxalı qeydə alınmayıb və bu ölkədən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edək ki, saxta yumurta təbii yumurtadan bir qədər iri olması ilə fərqlənir. Bundan başqa, yumurtanın qabığı daha parıltılı olur, çırpılan yumurtanın ağı sarısıyla tez qarışır və suda bişdikdə rezin kimi möhkəm olur. Həmin yumurtanı yandıranda isə plastmas maddə qoxusu gəlir. Ekspertlər vurğulayır ki, bu kimyəvi məhsul qaraciyəri zədələyir, saxta yumurtanın istehsalının ölkədə yayılması ilk növbədə qaraciyər xəstəliklərinin artmasına səbəb olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 10 d. əvvəl
- 15 d. əvvəl
-
-
27 d. əvvəl
AFB Bank-ın “Sürətli Tender Qarantiyası” məhsuluna maraq artmaqdadır!
-
33 d. əvvəl
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
-
57 d. əvvəl
FED sədri: "İnflyasiya hələ də yüksək səviyyədə qalır və faiz endirimi gündəmdə deyil"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
-
2 saat əvvəl
Enerji obyektlərinin vurulması ilə neft qiymətlərində kəskin artım baş verdi
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızılın unsiyasının qiyməti 4800 dollar səviyyələrinə düşüb
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
FED sədri: "İnflyasiya hələ də yüksək səviyyədə qalır və faiz endirimi gündəmdə deyil"
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Yaponiya faiz dərəcələrini sabit saxladı
Ən çox oxunanlar
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı






















