İyulda faiz endirimi olacağına işarə verdi
Fed sədri Cerom Pauel, qeyri-müəyyənliklərin davam etdiyini bildirərək, İyul iclasında faiz endirimi olacağına işarə verib
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauel (Jerome Pauell), ABŞ iqtisadiyyatına yönələn aşağı istiqamətli risklərin, ticarət müharibəsinin investisiyaları zəiflətməsi və inflyasiyanın zəif qalması ilə davam etdiyini qeyd edərək, Fed-in bu ay faiz endiriminə getməyə hazırlaşdığına işarə edib.
"Marja" xəbər veri ki, Pauell Çərşənbə günü Konqresdə çıxış edəcək. Nəşr olunmuş çıxış mətninə görə, Pauell, "Fed rəsmilərinin İyun ayındakı iclasından bu yana, ticarət gərginliyi ilə bağlı qeyri-müəyyənliklərin və qlobal iqtisadiyyatın gücünə dair narahatlıqların ABŞ iqtisadiyyatı üzərində təzyiq yaratmağa davam etdiyi görünür" - deyib və inflyasiya təzyiqlərinin zəif qaldığını sözlərinə əlavə edib.
Fed Sədrinin yarımillik çıxışı, ABŞ mərkəzi bankının, güclü məşğulluğa baxmayaraq, 30-31 İyuldakı iclasda faizləri aşağı salmağa hazırlaşdığı barədə bazarın fikrini dəstəkləyir.
Treyderlər bu aykı iclasda Fed-in faiz endiriminə gedəcəyinə 80% ehtimal verirlər.
Pauellin bu açıqlamaları, ABŞ Prezidenti Donald Trampın faizlərin azaldılmasına dair təzyiqlərinin artdığı bir dövrə təsadüf edir.
Pauelin Vaşinqtonda Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsindəki çıxışı 18:00-da başlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan Qanaya biznes missiyanın təşkili planlaşdırılır
-
2 saat əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
Ən çox oxunanlar
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi







.jpg)














.jpg)
