Maliyyə Nazirliyindən kəsirli dövlət büdcəsi barədə operativ məlumat

2019-cu ilin altı ayında dövlət büdcəsinin icrasına (operativ) dair məlumat
2019-cu ilin altı ayında dövlət büdcəsinin mədaxili 10 milyard 405,5 milyon manat, xərcləri 10 milyard 951 milyon manat olmuş, 545,5 milyon manat məbləğində dövlət büdcəsinin kəsiri (defisit) yaranmışdır. Bu barədə “Marja”ya Maliyyə Nazirliyindən bildirilib.
Gəlirlər
2019-cu ilin altı ayında dövlət büdcəsinin mədaxili 10 milyard 405,5 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,0 faiz və yaxud 590,2 milyon manat çoxdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 milyard 632,8 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz və ya 250,3 milyon manat çoxdur.
Həmin vəsaitin 70,1 faizi və yaxud 2 milyard 245,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 318,8 milyon manat və ya 14,3 faiz çoxdur.
2019-cu ilin altı ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2 milyard 65,2 milyon manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz və yaxud 446,2 milyon manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 234,4 milyon manat təşkil etmişdir ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 30,9 faiz və ya 55,5 milyon manat çoxdur.
Sair daxilolmalar üzrə büdcəyə 60,1 milyon manat vəsait daxil olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 milyard 413,0 milyon manat vəsait transfert edilmişdir.
2019-cu ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 4 milyard 965,8 milyon manat icra olunmuşdur.
Xərclər
2019-cu ilin altı ayında dövlət büdcəsinin xərcləri 10 milyard 951 milyon manat icra olunmuşdur ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 15,0 faiz və ya 1 milyard 426,7 milyon manat çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 36,1 faizi və ya 3 milyard 953,milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,0 faiz və ya 328 milyon manat çoxdur.
2019-cu ilin altı ayında dövlət büdcəsi xərclərinin 5 milyard 621 milyon manatı və ya 51,3 faizi cari xərclərə, 3 milyard 941,6 milyon manatı və ya 36,0 faizi əsaslı xərclərə, 1 milyard 388,4 milyon manatı və ya 12,7 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 5 milyard 891,8 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisdə 775,5 milyon manat və ya 15,2 faiz çoxdur.
İcmal büdcə
Cari ilin altı ayında icmal büdcənin gəlirləri 17 milyard 583,1 milyon manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 467,6 milyon manat və ya 16,3 faiz çoxdur. İcmal büdcənin xərcləri 11 milyard 682 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcədə 5 milyard 901,1 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
16 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
