Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Almaniyanın dəmir yollarına 86 milyard avroluq investisiya

iç səhifə xəbər başlığı altı (mobil)_31
Almaniyanın dəmir yollarına 86 milyard avroluq investisiya
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Almaniyada dəmir yolu şəbəkəsini təzələmək üçün 86,2 milyard avroluq sərmayə qoymaq məsələsində federal hökumət və "Deutsche Bahn" (Almaniya Dəmiryolları Şirkəti) razılaşıb. 10 illik bir müddəti əhatə edəcək təmir layihəsinin maliyyələşdirilməsi xəzinənin vəsaiti və "Deutsche Bahn"ın vəsaiti hesabına həyata keçiriləcək.
 

"Marja" xəbər verir ki, Almaniyanın nəqliyyat naziri Andreas Scheuer Cümə günü verdiyi açıqlamada tərəflərin "Almaniyanın indiyə qədərki ən böyük dəmir yolu yeniləmə layihəsi" məsələsində razılaşdığını bildirib.
 


Sözügedən investisiyada məqsəd ətraf mühiti qorumaq və qatarların gecikməsini aradan qaldırmaqdır.

 

Nəqliyyat naziri Scheuer layihə çərçivəsində köhnəlmiş rels sisteminin dəyişdiriləcəyini, dəmiryolu körpülərinin vəziyyətinin yaxşılaşdırılacağını və xüsusilə əlil insanların hərəkətini asanlaşdırmaq məqsədilə memarlıq dəyişiklikləri ediləcəyini bildirib.
 


"Deutsche Bahn" son illərdə baş verən ləngimələrə görə tənqid olunur. Gecikmələr 6 dəqiqəyə qədər olur və 2018-ci ildə hər dörd qatardan birində gecikmə baş verib. "Deutsche Bahn" 2018-ci ildə gecikmələr üçün ümumilikdə 53 milyon avro təzminat ödəmək məcburiyyətində qalıb.

29.07.2019 06:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar