Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neftin qiyməti daha da aşağı düşdü - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftin qiyməti daha da aşağı düşdü - YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Brent neftinin qiyməti 57 dollardan da aşağı düşüb.

 

"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 18:05-də Brent nefti 56,79 dollardan alıcı tapıb. Brent nefti son seansda  3,7% ucuzlaşıb. 

 

Avqust ayında Brent nefti 13% ucuzlaşıb. İyulun sonunda Brent nefti 65 dollardan baha satılırdı.

 

Aprel ayının ortaları ilə müqayisədə isə neftin qiyməti 25% düşüb. Apreldə Brent neftinin qiyməti 75 dolları keçmişdi. Brent nefti "ayı bazarı"na girib. 

 

HƏMÇİNİN OXU: Brent nefti “ayı bazarı”na girdi

 

Neftin ucuzlaşmasına səbəb ABŞ və Çin arasında ticarət müharibəsinin şiddətlənməsidir. ABŞ Sentyabr ayından etibarən 300 milyard dollarlıq Çin məhsullarına əlavə 10% vergi tətbiq edəcəyini açıqladıqdan sonra, Çin milli valyutası yuanın ucuzlaşmasına icazə verib.

 

Ticarət müharibəsinin dünyanın iki böyük iqtisadiyyatı başda olmaqla qlobal iqtisadiyyata ziyan vuracağı və nəticədə neftə tələbin azalacağı ehtimal edilir.

 

Qeyd edək ki, Azərbaycan hökuməti 2019-cu ilin dövlət büdcəsi üçün neftin qiymətini 60 dollar götürüb.

07.08.2019 16:05
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar