Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Gecə neftin qiyməti 55 dollar səviyyələrinədək düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gecə neftin qiyməti 55 dollar səviyyələrinədək düşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gecə Brent neftinin qiyməti 55,92 dollaradək düşdükdən sonra 57,77 dollara yüksəlib (Bakı vaxtı ilə saat 07:35-ə olan məlumat).

 

Reklam_3_11

Avqust ayında Brent nefti 12% ucuzlaşıb. İyulun sonunda Brent nefti 65 dollardan baha satılırdı.

 

Aprel ayının ortaları ilə müqayisədə isə neftin qiyməti 24% düşüb. Apreldə Brent neftinin qiyməti 75 dolları keçmişdi. Brent nefti "ayı bazarı"na girib. 

 

HƏMÇİNİN OXUBrent nefti “ayı bazarı”na girdi

 

Neftin ucuzlaşmasına səbəb ABŞ və Çin arasında ticarət müharibəsinin şiddətlənməsidir. ABŞ Sentyabr ayından etibarən 300 milyard dollarlıq Çin məhsullarına əlavə 10% vergi tətbiq edəcəyini açıqladıqdan sonra, Çin milli valyutası yuanın ucuzlaşmasına icazə verib.

 

Ticarət müharibəsinin dünyanın iki böyük iqtisadiyyatı başda olmaqla qlobal iqtisadiyyata ziyan vuracağı, durğunluq yaranacağı və nəticədə neftə tələbin azalacağı ehtimal edilir.

 

Qeyd edək ki, Azərbaycan hökuməti 2019-cu ilin dövlət büdcəsi üçün neftin qiymətini 60 dollar götürüb.

08.08.2019 05:37

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar