Qorxu artır, durğunluq gözlənilir
ABŞ-ın 30 illik xəzinə istiqrazlarının faizi ilk dəfə 2 illik xəzinə istiqrazlarının faizindən aşağı düşüb.
"Marja" xəbər verir ki, həmçinin 10 illik xəzinə istiqrazlarının faizi 2016-cı ilin Avqust ayından bu yana ilk dəfə 1,50%-dən aşağı düşüb.
Dünən ABŞ-ın 10 illik xəzinə istiqrazlarının faizi 2 illik istiqrazların faizindən aşağı düşümşdü. İndiyədək 5 dəfə belə vəziyyət yaranıb və sonra durğunluq başlayıb. İnvestorlar bu dəfə də durğunluq olacağını müzakirə edirlər.
Analitiklər istiqraz faizlərinə və gəlir əyrisinə baxaraq durğunluğun başlayacağına 80% ehtimal verirlər.
ABŞ-ın dövlət istiqrazları, gəlirliliyi az da olsa, demək olar ki, risksizdir. Hazırda siyasi və iqtisadi risklər artdığından investorlar xəzinə istiqrazlarını daha çox alırlar. Bu səbəbdən də faizlər aşağı düşür.
ABŞ və Çin arasında ticarət müharibəsi qlobal bazarlara mənfi təsir göstərir. ABŞ Prezidenti Donald Tramp "Çin ilə hər hansı bir razılaşma bizim şərtlərimiz ilə olmalıdır" deyib. Bu açıqlama investorların narahatlıqlarını daha da artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)







