ABŞ-ın xam neft ehtiyatları azalıb
ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 2,7 milyon barel (0,6%) azalaraq 437,8 milyon barelə gerilədiyini açıqlayıb. "Marja" xəbər verir ki, proqnoz, ehtiyatların 1,9 milyon barel azalacağı istiqamətində idi.
Xam neft ehtiyatları bir əvvəlki həftə 1,6 milyon barel artım qeyd etmişdi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə keçən həftə dəyişiklik göstərməyib və 644,8 milyon bareldə qalıb.
ABŞ-ın benzin ehtiyatları keçən həftə 0,3 milyon barel artımla 234,1 milyon barelə yüksəlib. Benzin ehtiyatları bir əvvəlki həftə 1,4 milyon barel azalmışdı.
ABŞ-ın xam neft idxalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 497 min barel azalma ilə 7,21 milyon barelə geriləyib, ixracı isə gündəlik ortalama 120 min barel artımla 2,80 milyon barelə yüksəlib.
10-16 Avqust həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik təxminən 12,3 milyon barel səviyyəsində reallaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
21 d. əvvəl
“PAŞA Holding”dən yeni törəmə şirkət – “PAŞA Maliyyə Holding” təsis edilib
-
-
38 d. əvvəl
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
2 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI


















