“Huawei” yeni modellərində “Google” tətbiqlərindən istifadə edə bilməyəcək

ABŞ-ın sanksiyalarından sonra təqdim olunan və yaxın zamanlarda satışa çıxarılması planlaşdırılan ilk flaqman telefon modeli Huawei Mate 30 Pro, “Google”un tətbiq və xidmətlərindən istifadə edə bilməyəcək.
“Google” ABŞ hökumətinin “Huawei” şirkətinə qarşı tətbiq etdiyi sanksiyaların bir hissəsi olaraq Çinin telefon istehsalçısına qarşı sanksiyalar tətbiq edəcəyini və “Google Maps” və “YouTube” da daxil olmaqla “Google” tətbiqlərinin “Huawei”nin yeni telefon modellərinə daxil edilməyəcəyini təsdiqləyib.
Bununla da həmin mobil cihazlarda “Maps”, “YouTube”, “Google” tətbiqetmələri və xidmətlərindən istifadə tam məhdudlaşdırılacaq.
“Google”un bu qərarı ilə sözügedən şirkətin yeni modellər üçün “Google Play”ə girişinin məhdudlaşdırılması deməkdir.
Qeyd edək ki, ABŞ hökuməti Amerikanın texnologiya şirkətlərinə müxtəlif məhdudiyyətlər gətirib və bu çərçivədə “Huawei”yə məxsus xidmət satışı may ayında dayandırılıb.
Mate 30 Pro, ABŞ məhdudiyyətlərindən sonra ictimayyətə təqdim edəcəyi ilk ağıllı telefon modeli olacaq.
Mütəxəssislər Mate 30 seriyası və Google tətbiqetmələri daxil olmayan yeni Huawei modellərinin xüsusilə Avropa satışlarında zərər görəcəyini iddia edirlər.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Report
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 4 saat əvvəl
-
5 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
