Azərbaycanda fermerlərə subsidiyalar nağdsız qaydada veriləcək
Azərbaycanda fermerlərə subsidiyalar nağdsız qaydada veriləcək.
Bunu subsidiyalar mövzusunda keçirilən mətbuat konfransında çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.
Onun sözlərinə görə, kartlar pulsuz olaraq fermerlərə bu ilin sonunadək veriləcək.
"Fermerlər kartın balansında olan məbləğin 25%-ni nağd, qalan 75%-ni isə nağdsız şəkildə istifadə edə biləcək. Kartlar xüsusi olaraq fermerlər üçün yaradılıb və ilin sonuna kimi öz sahiblərinə veriləcək. Kartlar fermerlərə "Kapital Bank" tərəfindən təqdim olunacaq", - deyə M. Əliyev qeyd edib.
Xəbər verdiyimiz kimi, Aqrar Subsidiya Şurası 2020-ci ildə subsidiyaların verilməsi üçün bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarını, toxum və ting kvotalarını açıqlayıb.
Həmçinin oxu: 2020-ci ildə subsidiyalar bu məbləğlərdə veriləcək - ƏMSALLAR VƏ KVOTALAR
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
5 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
5 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
6 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
8 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
8 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib


























