Çinin ilk 500 şirkətinin böyüklüyü 41.9 trilyon dollara çatıb
Çinin 500 böyük şirkəti açıqlanıb. Siyahıda ilk üç yeri "Sinopec", "China National Petroleum" və "State Grid" tutub. 76 sektordan şirkətlərin yer aldığı siyahıdakı 500 şirkətin böyüklüyü 3.5 trilyon dollar artaraq 41.9 trilyon dollara çatıb. Ümumi dövriyyə isə 11.14 faiz artaraq 11 trilyon dollar olub.
Çin Müəssisələr Konfederasiyası (CEC) və Çin Müəssisə Rəhbərləri Dərnəyi (BUNDA) ölkənin ən böyük 500 şirkətinin sıralandığı siyahını açıqlayıb.
"Marja" xəbər verir ki, "Sinopec", "China National Petroleum Corporation" və "State Grid" şirkətləri ilk üç yeri tutublar. ilk 10 şirkət arasında üç enerji, bir tikinti, bir sığorta şirkəti və beş bank yer alır.
Aparılan araşdırmaya görə, ən böyük 500 şirkətin fəaliyyəti 76 sektoru əhatə edir, 244 şirkət sənaye istehsalında, 173-ü isə xidmət sektorunda fəaliyyət göstərir. Çinin ən böyük 500 şirkətinin 2019-cu ildə dövriyyəsi ötən illə müqayisədə 11,14 faiz artaraq 11 trilyon dollara çatıb.
500 nəhəngin cəmi aktivləri də 3,5 trilyon dollar artaraq 41,9 trilyon dollara çatıb. Şirkətlərin işçilərinin sayı keçən illə müqayisədə 1 milyon 670 min artaraq 33 milyon 590 minə çatıb. 2019-cu ildə, Çinli 500 nəhəngin Araşdırma və İnkişafa investisiyaları isə 21,7 faiz artımla 136 milyard 764 milyon dollar olub.
Çin Müəssisələr Konfederasiyasının rəsmisi Zhu Hongren, siyahı ilə bağlı verdiyi açıqlamada, "Çində inkişaf etmiş istehsalı təmsil edən müəssisə sayında böyük bir artım ilə bərabər, müasir bir xidmət sənayesinin də böyüməyə davam etdiyini görürük", - deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 8 d. əvvəl
-
-
11 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
33 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















