"Gəlib gördüm nə “Nənəmin balası” var, nə də “Dədəmin balası” - Bakıda sahibkarı belə aldatdılar

Bakıda sahibkar aldadılmasından və şikayətinə polisin etinasız yanaşmasından narazıdır.
“Sədərək” Ticarət Mərkəzində sahibkar kimi fəaliyyət göstərən Tural Həsənov açıqlamasında bildirib ki, avqustun 30-da özünü Cəbrayıl Kərimov kimi təqdim edən şəxs onun topdansatış mağazasına gəlib: “Biz uşaq oyuncaqlarının satışı ilə məşğul oluruq. Həmin adam mağazaya gəlib çox səmimi danışdı, Nərimanovda saatlı binanın altında mağaza açdığını dedi. İstədiyi oyuncaqların siyahısını verdi, 3 min manatlıq mal yığdım. Sonra dedi ki, malları taksi ilə göndər, həm də bildirdi ki, indi pulu azdır, dükanda verəcək. Mən də dedim gəl öz maşınımla aparım”.
Tural Həsənov malları maşına yükləyərək yola çıxıb:
“Kukla teatrının yanında bu adam dedi ki, evdə uşaq telefonu paltaryuyan maşının içinə atıb, orada qalıb. Dedi telefonu götürüb gələcək. Mən də həmin küçədə saxlaya bilməyəcəyimi deyib “kruq” vurdum. On dəqiqə sonra ora gələndə gördüm həmin adam ordadır. Bu dəfə isə dedi ki, üstündə pulu azdır, ona bir az pul verim, dükanda qaytaracaq”.
Sahibkar həmin adama inanaraq 210 manat pul verib:
“Çıxdı getdi, bir daha gəlmədi. “Azneft”in kruqunu 15-20 dəfə fırlandım, gəlib çıxmadı. Mənə verdiyi telefon nömrəsi də təyin edilməyib, elə bir nömrə yoxdur. O istəyirdi ki, mən malları taksi ilə göndərim, onun da pulunu mənə “atsın”. Amma öz maşınımla gətirdim deyə alınmadı. Ona görə yolda belə bir hərəkət elədi. Mən adamı tapa bilməyəndən sonra saatlı binanın yanına gəldim. Mənə demişdi ki, dükanın adı “Nənəmin balası”dır, gəlib gördüm nə “Nənəmin balası” var, nə də “Dədəmin balası”. Ümumiyyətlə, o tərəflərdə elə bir dükan yoxdur”.
Tural Həsənov məsələ ilə bağlı 102-yə şikayət edib: “Onlar da məni Səbail polisinə yönləndirdi. Orada da polislər məndən izahat aldılar, amma çox laqeyd yanaşdılar. Nə saat soruşdular, nə maşının nömrəsi. Elə ümumi əhvalatı danışdım, onlar da mənə güldülər. Heç bir hərəkət də yoxdur. Bunun işıqlandırılmasını istəyirəm ki, həmin adam başqalarını da aldatmasın”.
Sahibkar bildirib ki, dələduz adlandırdığı həmin şəxsin görüntüləri təhlükəsizlik kameralarına düşüb. O, bu görüntüləri hüquq-mühafizə orqanlarına da təqdim edib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 19 saat sonra
-
-
44 d. əvvəl
"Biləsuvar GES Azərbaycanın enerjiyə tələbatının 4-5 %-ni təmin edəcək"
-
49 d. əvvəl
ChatGPT-ni yaradan şirkətin dəyəri 500 milyard dollara çatıb
-
1 saat əvvəl
Azərbaycanda ən böyük GES-də ilk panelin quraşdırılması mərasimi keçirilir
-
1 saat əvvəl
BOKT "Embafinans" kredit itkisilə qarşı-qarşıya- XALİS MƏNFƏƏTİ AZALIB
-
2 saat əvvəl
"Tikintiyə icazə ilə bağlı sahibkarların üzləşdiyi müəyyən çətinliklər qalır"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

ChatGPT-ni yaradan şirkətin dəyəri 500 milyard dollara çatıb

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

Azərbaycanlı biznesmen haqqında yayılan iddialara cavab
Ən çox oxunanlar

“Milliön şans” lotereyasına möhtəşəm hədiyyələrlə start verildi!

Pfizer ABŞ-a 70 milyard dollarlıq sərmayə yatıracaq və dərman qiymətlərini aşağı salacaq

Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşü olub

Qlobal bazarlarda son vəziyyət

Əliyev və Paşinyanın görüşü baş tutub

Azərbaycanın iri bankı Avropanın qabaqcıl bankı ilə 37 milyon avroluq müqavilə imzaladı

“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyası keçirilib
