Bank Respublika və INNOLAND ölkədə ilk dəfə olaraq Açıq API layihəsinə qeydiyyata başlayır
® Bank Respublika və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə ölkədə ilk dəfə olaraq fintex-startuplar üçün “Open Banking Lab” layihəsinə qeydiyyata başlayır:
İnkubasiya proqramında iştirak meyarları aşağıdakı kimidir:
- Komanda ən azı 2 nəfərdən ibarət olmalıdır.
- Layihəniz startap konsepsiyasına uyğun olmalıdır.
- Komanda üzvlərindən ən azı 1 nəfər inkubasiya proqramında daimi iştirak etməlidir. İnkubasiyada daimi iştirak edəcək komanda üzvü ingilis dilini bilməlidir. Qalan komanda üvzlərinin ingilis dilini bilməsi üstünlük hesab ediləcək.
- Məhsul müəyyən bazar seqmentinə aid olmalıdır.
- Hər bir layihənin təqdimatı hazır olmalıdır.
- İxrac bazarını araşdırmalı və yeni bazarlara daxil olmaq üçün hazırlıqlı olmalıdır.
Layihədə iştirak etmək istəyənlər 04 oktyabr 2019-cu il tarixinə kimi aşağıdakı linkə daxil olub qeydiyyatdan keçə bilərlər:
http://openbanking.innoland.az
İlkin seçmə mərhələsini keçən fintex-startaplar İnkubasiya proqramında iştirak edərək qabaqcıl ekspertlərin iştirakı ilə təlim keçə biləcəklər. Eyni zamanda, fərqlənən iştirakçılara ölkədə ilk dəfə olaraq “Bank Respublika” ASC-nin maliyyə xidmətlərinə qoşulmaq üçün test rejimində olan Açıq API interfeysinə çıxış veriləcəkdir.
16 həftə davam edəcək layihə çərçivəsində fintex-startapçılar fərdi və ya komanda şəklində öz ideyalarını təqdim edə biləcəklər.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 6 saat sonra
-
- 2 saat sonra
-
14 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
15 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
15 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb















.jpg)



.jpg)

