Microsoft-dan ABŞ hökumətinə Huawei reaksiyası
Microsoft-un rəhbəri Brad Smith, ABŞ hökumətinin Huawei-yə münasibətini tənqid edərək, sanksiyaları ədalətsiz hesab etdiyini bildirib.
"Marja" xəbər verir ki, Smith, ABŞ-ın iqtisadiyyat jurnalı "Bloomberg Business"ə verdiyi müsahibəsində, ABŞ hökumətinin Çinin Huawei şirkətinə qarşı texnologiya satışını əngəlləyən sanksiyalarının Amerikanın dəyərlərinə uyğun olmadığını bildirib.
Smit, "bu cür sanksiyalar fakta, məntiqə və hüquqa tabe olmalıdır" deyib.
"Sanksiyalar bir otelə yataq qadağası qoymaqla eyni şeydir"
ABŞ Prezidenti Donald Trampın otel sənayesindəki təcrübəsinə istinad edən Smit, "Bir texnologiya şirkətinə, "məhsullarını sata bilərsən, amma əməliyyat sistemi və çip ala bilməzsən" demək, bir otelə "xidmət göstərə bilərsən lakin otaqlarına yataq qoya bilməzsən, restoranında yemək verə bilməzsən" deməklə eyni şeydir. Bu yanaşma, şirkətin vəziyyətini təhlükəyə atır", - ifadələrini istifadə edib
May ayında ABŞ Prezidenti Donald Tramp, Huawei-nin telekommunikasiya avadanlıqlarını xarici ticarət qadağası siyahısına əlavə edib. Qadağaya görə, ABŞ şirkətləri Huawei-yə avadanlıqlar və proqramlar da sata bilməyəcəklər.
ABŞ hökumətinin sözügedən qərarının ardından Silikon Vadisinin nəhəng şirkətləri də buna paralel addımlar atıblar. Google, Intel, Broadcom, Qualcomm və Xilinx kimi ABŞ-ın nəhəng texnologiya şirkətləri, Huawei ilə olan əlaqələrini təxirə saldıqlarını və məhsul tədarükü təmin etməyəcəklərini açıqlayıblar.
Google, keçən ay verdiyi açıqlamada, sanksiyalar çərçivəsində aralarında Google Maps və Youtube kimi proqramların da olduğu Google tətbiqlərinin Huawei-nin yeni telefon modellərində yer almayacağını təsdiqləmişdi.
Huawei isə bu sanksiyalara cavab olaraq öz əməliyyat sistemi və avadanlıqlarını inkişaf etdirdiyini bildirmişdi.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
10 d. əvvəl
Bank sədri: "Bu il 100 milyon manatlıq istiqraz emissiyasını planlaşdırırıq"
- 15 d. əvvəl
-
-
21 d. əvvəl
"Səhmdarlarımız nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər"
-
26 d. əvvəl
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
- 55 d. əvvəl
-
57 d. əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
1 saat əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycanın ixracı və idxalı azalıb
Ən çox oxunanlar
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Azərbaycana avtomobil idxalında böyük azalma
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Çin iqtisadiyyatı 5% artıb





.jpg)










.jpg)







