Bakcell LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib
® Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanda LTE şəbəkəsinin genişləndirilməsi üzrə ən genişmiqyaslı layihəni həyata keçirib.
2019-cu ilin may ayından indiyə kimi - cəmi 4 ay ərzində Bakcell 1000-dən çox 4.5G texnologiya ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb. Bu cür unikal layihə Azərbaycanda və hətta bütün regionda ilk dəfə həyata keçirilir.
Bu gün 2700-dən çox 4G texnologiyalı baza stansiyası sayəsində Bakcell şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük 4G şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 91%-ni əhatə edir.
Qeyd edək ki, Bakcell şirkəti özünün ultra-sürətli 4G şəbəkəsində LTE Advanced Carrier Aggregation (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasını tətbiqi sayəsində saniyədə 225 Meqabitə qədər olan sürətin dəstəklənməsini təmin edib. Bu gün Bakcell şəbəkəsi dünya üzrə tezlik daşıyıcılarının birləşməsi ilə “LTE-Advanced” texnologiyası üzərindən fəaliyyət göstərən nadir şəbəkələrdən biridir. Sözügedən texnologiya sayəsində Bakcell abunəçiləri 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq və mürəkkəb yeni nəsil mobil tətbiqetmələrindən istifadə etmək imkanına malikdirlər.
Azərbaycanda 4G xidmətinin ilk kommersiya istifadəsini istifadəçilərin ixtiyarına vermiş Bakcell, həmçinin Bakı metrosunda 4G şəbəkəsini quraşdıran ilk mobil operatordur.
“Bakcell”in təmin etdiyi keyfiyyət və ən yüksək mobil İnternet sürətinə hətta beynəlxalq səviyyədə də yüksək qiymət verilir. Belə ki, 2018-ci ildə Bakcell “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat şirkətə “Speedtest” xidmətinə görə bütün dünyada tanınan “Ookla” şirkəti tərəfindən təqdim edilib. 2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 1 d. əvvəl
- 8 d. əvvəl
-
22 d. əvvəl
Nazir müavini: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
-
24 d. əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 50%-ə yaxın artıb
- 35 d. əvvəl
- 42 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
SpaceX tarix yazdı: IPO-dan 85,7 milyard dollar cəlb edildi
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək























