Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti qaydası müəyyənləşib
Nazirlər Kabineti “Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti qaydası”nı təsdiq edib.
Sənəddə qeyd olunub ki, birjalar və yarmarkalar əmək bazarında tələb və təklif, habelə daxil olan sifarişlər əsasında əhalinin müvəqqəti məşğulluğunun təmin olunması, işaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması, işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə təşkil edilir.
Yarmarkanın təşkil edilməsi üçün Xidmətin şəhər, rayon məşğulluq orqanları və ya “DOST” mərkəzləri tərəfindən mövcud olan vakansiyalar əsasında işəgötürənlərin işçi qüvvəsinə real tələbatı öyrənilir.
Tələbat nəzərə alınaraq, hər bir inzibati ərazi vahidi üzrə Yarmarkanın təşkili qrafiki Xidmət tərəfindən təsdiq edilir. Yarmarka təsdiq edilmiş qrafikə uyğun, lakin üç ayda bir dəfədən az olmayaraq təşkil olunur.
Yarmarkanın təşkili məqsədilə müvafiq Yarmakanın təşkil edildiyi aydan əvvəlki ayın 20-dən gec olmayaraq Xidmət tərəfindən fəaliyyət planı hazırlanır və təsdiq edilir. Fəaliyyət planında aşağıdakı məlumatlar öz əksini tapır:
1. Yarmarkanın yeri, tarixi və vaxtı;
2. Yarmarkada iştirak edəcək işsiz və işaxtaran şəxslərin sayı, təhsil səviyyəsi, peşə və ixtisaslar üzrə bölgüsü;
3. Yarmarkada iştirak edəcək işəgötürənlərin (müəssisələrin) sayı, iqtisadi fəaliyyət sahəsi;
4. Yarmarkaya təqdim olunacaq vakansiyaların sayı, peşə və ixtisaslar üzrə bölgüsü;
5. Yarmarkanın keçirilməsi üzrə xərclər smetası.
Məlumatlar Nazirliyin rəsmi internet səhifəsində dərc edilir və MAS-da işaxtaran və işsiz kimi qeydiyyatda olan şəxslərin elektron kabinetində yerləşdirilir.
Yarmarkada işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaqla aşağıdakı xidmətlər göstərilir:
1. karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar verilir;
2. peşə seçiminə istiqamətləndirilir;
3. peşə hazırlığına cəlb edilir;
4. haqqı ödənilən ictimai işlərə cəlb edilir;
5. iş yerlərinə göndəriş verilir.
Birja Sifarişçinin müraciəti əsasında işsiz və işaxtaran şəxsləri birdəfəlik, qısamüddətli, mövsümi işlərə cəlb etməklə onların məşğulluğunu təmin edir. İşaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxs Birjada qeydiyyata alınmaq hüququna malikdir. Bunun üçün həmin şəxs “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə MAS-da bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun “Müraciət-Ərizə”ni dolduraraq təsdiq edir. Birja tərəfindən sifarişlərin qəbulu Sifarişçi tərəfindən “Müraciət-Ərizə” əsasında, telefon vasitəsilə və ya birbaşa Xidmətin şəhər, rayon məşğulluq orqanlarına və ya “DOST” mərkəzlərinə müraciət etməklə qəbul olunur. Telefon vasitəsilə daxil olan hər bir sifariş və onu yerinə yetirən şəxs barədə məlumatlar Xidmətin şəhər, rayon məşğulluq orqanları və ya “DOST” mərkəzləri tərəfindən MAS-a daxil edilir.
Birjada sifarişlərin qəbul edilməsi, işaxtaran və işsiz şəxslərin qeydiyyatı və müvəqqəti işlə təmin edilməsi, habelə məlumat verilməsi, məsləhət xidmətlərinin göstərilməsi ödənişsiz həyata keçirilir. Sifarişçi və bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulmuş şəxs arasında münasibətlər onlar arasında bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi xarakterli müqavilə əsasında tənzimlənir.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© “Report”
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 1 d. əvvəl
- 8 d. əvvəl
-
22 d. əvvəl
Nazir müavini: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
-
24 d. əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 50%-ə yaxın artıb
- 35 d. əvvəl
- 42 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
SpaceX tarix yazdı: IPO-dan 85,7 milyard dollar cəlb edildi
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək























