Yeni üzüm emalı zavodu tikilir
Respublikada sahibkarlığın inkişafına dövlət qayğısından bəhrələnən “A+Co” MMC tərəfindən Tovuz rayonun Aşağı Quşçu kəndində üzüm emalı müəssisəsinin tikintisinə başlanıb.
"Marja" xəbər verir ki, qısa müddətdə müəssisənin üzüm qəbulu xətti istifadəyə verilib.
Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, əvvəllər süfrə üzüm sortlarının əmtəə kimi bazara çıxarıla bilməyən hissəsi bağlarda qalıb xarab olurdu. Rayonun üzümçülüklə məşğul olan fermerləri, həmçinin Gəncə-Qazax iqtisadi regionuna daxil olan ətraf bölgələrin sakinləri indi həmin məhsulu və özlərinin yetişdirdikləri texniki üzüm sortlarını yeni zavodun qəbul məntəqəsinə təhvil verir, elə yerindəcə satdıqları üzümün dəyərini alırlar. Aqrar sahədə çalışan sahibkarlar işin bu şəkildə təşkil olunmasından razı qaldıqlarını bildirirlər.
Bu ildən fəaliyyətə başlayan və ildə 3 min ton üzüm qəbul etməyə imkan verən zavod üçün İtaliya, Fransa və digər xarici ölkələrdən müasir texnoloji avadanlıqlar gətirilib. Hazırda müəssisədə məhsul qəbulu ilə yanaşı, tikinti-quraşdırma işləri davam etdirilir.
Yeni istehsal müəssisəsində görülən işlərə 30 nəfər cəlb olunub.
Gələcəkdə həmin müəssisədə müasir texnologiyalar əsasında alkoqollu içkilərin istehsalı, süzülərək qablaşdırılması, hazır məhsul şəkilində bazara çıxarılması üçün istehsal prosesi qurulacaq.
Məlumat üçün bildirək ki, "A+CO" MMC-nin baş ofisi Xırdalan şəhərində yerləşir. Şirkətin Xırdalandakı şərab zavodunda şərab, konyak, alkoqollu içkilər istehsal edilir. Şirkətin direktoru Xanoğlan Qasımovdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
15 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)





.jpg)





