ACE layihəsi üzrə 236 milyon dollar dəyərində 4 müqavilə imzalanıb
Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi üzrə operator olan BP şirkəti Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsinin əsas müqavilələrinin birinci paketinin imzalanmasının elan olunmasından sonra, sualtı sistemlərin istehsalı və quraşdırılması üzrə əsas müqavilələrin imzalandığını açıqlayıb.
BP-dən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, ACE layihəsi üzrə aşağıdakı əsas müqavilələr imzalanmışdır:
1.Sualtı konstruksiyaların və qovşaqların layihələndirilməsi, tədarükü və tikintisi ilə əlaqədar müqavilə "Subsea 7 (Deep Sea) Ltd, "BOS Shelf" MMC və "Star Gulf FZCO" şirkətlərindən təşkil olunmuş konsorsium ilə imzalanmışdır. Müqavilənin dəyəri 36 milyon dollara yaxındır.
Sözügedən müqavilə üzrə iş həcmi sualtı infrastruktura qoşulmaq üçün lazım olan sualtı konstruksiyalar və qovşaqlar ilə əlaqədar müfəssəl layihələndirilmə, istehsal sexləri və quraşdırma işlərinin layihələndirilməsi, istehsal və quraşdırma işlərindən ibarətdir.
Müfəssəl layihələndirmə "Subsea 7" şirkətinin Paris ofisindən aparılacaq, bütün tikinti və quraşdırma işləri isə yerli resurslardan, o cümlədən yerli işçi qüvvəsi və tikinti sahələrindən istifadə etməklə SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yerinə yetiriləcək.
Layihələndirmə işləri artıq başlamışdır və quraşdırma işlərinin 2022-ci ildə başa çatdırılacağı gözlənilir.
2.Sualtı boru kəmərlərinin layihələndirilməsi, tədarükü, tikintisi və quraşdırılması ilə əlaqədar müqavilə "Saipem Contracting Netherlands B.V.", "BOS Shelf" MMC və "Star Gulf FZCO" şirkətlərindən təşkil olunmuş konsorsium ilə imzalanmışdır. Müqavilənin dəyəri 51 milyon dollara yaxındır.
Sözügedən müqavilə üzrə iş həcmi neft və lay suyu, qaz ixracı və suvurma kəmərlərinin müfəssəl layihələndirilməsi, quraşdırma işlərinin mühəndislik təminatı, istehsalı, quraşdırılması və istismara təhvil verilməyə hazırlanmasından ibarətdir.
Müfəssəl layihələndirmə və quraşdırma işlərinin mühəndislik təminatı Saipem şirkətinin London və Riyeka şəhərlərindəki ofislərindən həyata keçiriləcək. Tikinti və istehsal işləri yerli resurslardan, o cümlədən yerli işçi qüvvəsi və tikinti sahələrindən istifadə etməklə SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yerinə yetiriləcək, quraşdırma işləri isə “İsrafil Hüseynov” borudüzən barjı ilə aparılacaq.
Layihələndirmə işləri artıq başlamışdır və quraşdırma işlərinin 2021-ci ildə başa çatdırılacağı gözlənilir.
3.Dayaq bloku bərkidici payalarının daşınması və quraşdırılması, həmçinin sualtı konstruksiyalar və qovşaqlar üzrə 1-ci və 2-ci kampaniya ilə əlaqədar müqavilə "Saipem Contracting Netherlands B.V.", "BOS Shelf" MMC və "Star Gulf FZCO" şirkətlərindən təşkil olunmuş konsorsium ilə imzalanmışdır. Bu müqavilənin dəyəri 37 milyon dollara yaxındır.
İş həcmi dayaq bloku bərkidici payalarının, həmçinin sualtı konstruksiyalar və qovşaqların ilkin partiyasının istehsal sahəsindən daşınması və ACE, Şərqi Azəri və Mərkəzi Azəri platformalarının yerləşdiyi zonalarda quraşdırılmasından ibarətdir. Konsorsium dənizdəki iş həcminin yerinə yetirilməsi üçün yerli köməkçi gəmilər donanmasından istifadə edəcək.
Daşıma və quraşdırma işlərinin mühəndislik təminatı Saipem şirkətinin Riyeka və London şəhərlərindəki ofislərindən həyata keçiriləcək. Bütün tikinti, quraşdırma və dəniz əməliyyatlarına dəstək xidmətləri yerli resurslardan, o cümlədən işçi qüvvəsi və tikinti sahələrindən istifadə etməklə SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yerinə yetiriləcək.
Quraşdırma işləri 2020-ci ilə planlaşdırılmışdır.
4.Dayaq bloku, üst modulların daşınması və quraşdırılması, həmçinin sualtı konstruksiyalar və qovşaqlar üzrə 3-cü kampaniya ilə əlaqədar müqavilə "Subsea 7 Deep Sea Ltd", "BOS Shelf" MMC və "Star Gulf FZCO" şirkətlərindən təşkil olunmuş konsorsium ilə imzalanmışdır. Müqavilənin dəyəri 112 milyon dollara yaxındır.
İş həcmi sual konstruksiyalar və qovşaqların istehsal sahəsindən daşınması və ACE platformasının yerləşdiyi zonada quraşdırılması və sonradan ACE dayaq bloku və üst modullarının müvafiq istehsal sahələrindən daşınması və quraşdırılmasından ibarətdir. Konsorsium dənizdəki iş həcminin yerinə yetirilməsi üçün yerli köməkçi gəmilər donanmasından istifadə edəcək. Qeyd olunan işlərə quraşdırma sonrası sazlama və istismara təhvil verməyə dəstək də daxildir.
Daşıma və quraşdırma ilə əlaqədar mühəndislik təminatı "Subsea 7" şirkətinin Parisdəki ofislərindən həyata keçiriləcək. Bu müqavilə üzrə bütün tikinti, quraşdırma və dəniz əməliyyatlarına dəstək xidmətləri yerli resurslardan, o cümlədən yerli işçi qüvvəsi və tikinti sahələrindən istifadə etməklə SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yerinə yetiriləcək.
BP şirkətinin layihələr üzrə vitse-prezidenti Yuan Drummond: “BP operator olaraq ACE layihəsini etibarlı, səmərəli və qrafikə uyğun şəkildə həyata keçirmək üçün sualtı sistemlərin istehsalı və quraşdırılması üzrə əsas müqavilələrin imzalandığını elan etməkdən məmnundur. AÇG müqaviləsinin imzalanmasının 25-ci ildönümündə bu, layihəyə yerli resursların yüksək səviyyədə cəlb olunması ilə əlamətdar olan və AÇG üzrə tərəfdaşların Azərbaycanın yerli resurslardan istifadənin optimallaşdırılması barədə öhdəliyini vurğulayan daha bir əhəmiyyətli mərhələdir. Bu il başlamış və 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti işləri yerli resurslardan istifadə etməklə ölkə daxilində yerinə yetirilir və pik səviyyədə tikinti işləri üçün 8000-ə qədər iş yerinin açılacağı gözlənilir.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 11 saat sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 saat əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
3 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
3 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
3 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
3 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ






.jpg)









.jpg)




