
Nazirlik: Yeni Fondun fəaliyyətə başlaması üçün təşkilati işlər aparılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 sentyabr tarixli 423 nömrəli Qərarına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dövlət Əməyin Mühafizəsi Fondu yaradılıb.
Nazirliyin yayadığı məlumatda bildirilir ki, hazırda yeni Fondun fəaliyyətə başlaması üçün təşkilati işlər aparılır.
Məlumatda qeyd edilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1607-VQD nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 24 iyul tarixli 1347 nömrəli Sərəncamına əsasən belə bir Fondun yaradılması ölkəmizdə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu göstərir.
"Əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsi Fondun vəsaitindən istifadənin istiqamətlərindən biri kimi müəyyən olunub. Bu da əməyin mühafizəsi sisteminin təkmilləşdirilməsinə yönələn yeni elmi araşdırmaların aparılmasını və geniş miqyas almasını stimullaşdıracaq. Ölkədə əməyin mühafizəsi üzrə kadr potensialının artırılması, iqtisadiyyatın müxtəlif sahələrində əməyin təhlükəsizliyi üzrə mütəxəssislərin hazırlanması kimi mühüm istiqamətdə də Fondun vəsaitindən istifadə olunacaq.
Qeyd edilən vəsait həmçinin əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasına, əməyin mühafizəsi sahəsində təbliğat və maarifləndirmə işlərinə, bu sahədə fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına yönəldiləcək. O cümlədən müvafiq sahədə müasir tələblərə cavab verən və əməyin mühafizəsi üzrə fəaliyyət sferasında tətbiqi zəruri olan texnoloji qurğuların, cihazların, avadanlıqların və s. alınmasında yeni yaradılan Fond mühüm dəstək rolunu oynayacaq.
Əməyin mühafizəsi sahəsində nəzarət və monitorinqlərin təşkili və həyata keçirilməsi, əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat istiqamətdə dövlət və regional proqramların hazırlanması və yerinə yetirilməsi, habelə digər istiqamətlərdə Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyə dəstəyi təmin olunacaq.
Fondun vəsaiti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələrindən, eləcə də müəssisələrin və vətəndaşların könüllü şəkildə ödədikləri vəsaitlərdən və b. ödəmələrdən formalaşacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fondun idarə edilməsini və Fondun nazirliyin büdcədənkənar xüsusi xəzinə hesabında toplanacaq vəsaitləri üzərində onun Əsasnaməsinə uyğun istiqamətlər üzrə sərəncam verilməsini həyata keçirəcək.
Bu məqsədlə 2018-ci il 28 sentyabr tarixində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Hazırda bu Memoranduma “Xalq Həyat Sığorta” ASC də qoşulur.
Memoranduma əsasən istehsalatda bədbəxt hadisələrin icbari sığortası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” altsistemi üzərindən həyata keçiriləcəkdir ki, bu məqsədlə ölkədəki icbari sığorta informasiya sistemi ilə “Əmək müqaviləsi bildirişləri” altsistemi inteqrasiya olunaraq “Əmək müqaviləsi bildirişləri” altsistemində işəgötürənlərə işçiləri istehsalatda bədbəxt hadisələrdən icbari sığorta edilməsi üçün elektron imkanlar yaradılacaqdır. Bu istiqamətdə proqram təminatı işləri artıq tamamlanmışdır ki, yaxın vaxtlarda işəgötürənlər “Əmək müqaviləsi bildirişləri” altsistemində əmək müqavilələrini qeydiyyata alarkən, paralel olaraq işçilərini istehsalatda bədbəxt hadisələrdən elektron formada icbari sığorta edə biləcəklər.
Göründüyü kimi, yeni Fond ölkəmizdə əməyin mühafizəsi tədbirlərinə sistemli şəkildə maddi-texniki dəstəyi təmin etməklə, işçilərin həyat və sağlamlığının qorunması kimi vacib məqsədə xidmət edəcək. İş yerlərində əməyin mühafizəsi norma və standartlarının təmin olunmasının istehsalatda əmək məhsuldarlığının artımına da müsbət təsiri nəzərə alındıqda, yeni Fondun iqtisadi əhəmiyyəti də özünü göstərəcək",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
- 3 gün sonra
-
4 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
4 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 4 saat əvvəl
-
4 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 5 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı


“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
