“Gömrük Komitəsi bizdən qanunsuz ƏDV tələb edir” iddiasına münasibət
Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Şimal Servis” şirkəti Dövlət Gömrük Komitəsini (DGK) idxal edilən avadanlığa görə qanunsuz ƏDV tələb etməkdə ittiham edib.
Şirkətdən “Marja”ya verilən məlumata görə, Almaniyadan lizinq müqaviləsi əsasında gətirilən tibbi avadanlıq iki aya yaxın gömrükdə saxlanılıb və həmin avadanlığa görə ƏDV ödənişi tələb edilmişdir: “Halbuki, Mülki Məcəlləyə əsasən, tərəflər beynəlxalq lizinq müqavilə imzalamaqla, ölkəyə mallar idxal edə bilər. Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinə əsasən, lizinq müqaviləsinin obyekti ƏDV-ə cəlb olunmamalıdır”.
“Şimal Sevis” şirkətin qarşısına qoyulan tələbin qanunsuz olması ilə bağlı qanunvericiliyi də əsas gətirir: “ƏDV və lizinq müqaviləsi mübahisəsinə son qoymaq məqsədilə Vergi Məcəllənin 140.6-cı maddəsinin həmin maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Mülki Məcəllənin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli Plenumun qərarı ilə müəyyən etmişdir ki, maliyyə lizinqi əməliyyatı özündə lizinq və alqı-satqı müqavilələrini birləşdirən tam bir əməliyyatdır. ƏDV məqsədləri üçün maliyyə lizinqi əməliyyatı maliyyə xidmətlərinin tərkib hissəsi kimi ƏDV-dən azad edilir. Belə ki, Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə görə, maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur”.
“Amma təəssüflər olsun ki, gömrük orqanları lizinq müqaviləsi ilə ölkəyə idxal edilən mallardan qanunsuz və əsassız olaraq ƏDV tələb edirlər. Bu da ölkəmizdə investisiya yatırımını məhdudlaşdırır, investorların hüquqlarının pozulmasına gətirib çıxarır. Həmin şirkətlərdən biri də “Şimal Servis” MMC-dir ki, hal-hazırda bu problemlə üzləşdiyi üçün idxal etdiyi mallar qanunsuz olaraq gömrük orqanlarında saxlanılmışdır”, -deyə şirkətdən bildirilib.
Məsələnin detalları barədə məlumat verilərək “Şimal Servis”dən bildirilib ki, sözügedən tibbi avadanlıq ölkəyə 3 tərəfli imzalanan lizinq müqaviləsi əsasında Almaniyadan gətirimişdir. Müqavilə apreldə bağlanılıb, avadanlıq isə Bakıya avqustun 8-də daxil olub. 2 ay ərzində Bakı Baş Gömrük İdarəsinin anbarında qanunsuz olaraq saxlanılmışdır.
“Şimal Servis” bununla bağlı bir neçə dəfə Komitənin rəhbərliyinə müraciət etsə də, qəbula yazılsa da, görüşlərin heç bir nəticəsi olmayıb və məsələ öz həllini tapmayıb. Hətta sahibkara fəaliyyət istiqamətini dəyişmək və gələcəkdə lizinq fəaliyyəti ilə məşğul olmamaq tövsiyyə olunub. Doğrudur, Gömrük Komitəsinin Apellyasiya Şurasına müraiciətindən sonra malın buraxılışına icazə verilmişdir. Lakin son anda yenə də DGK-nın rəhbərliyi avadanlığı buraxmaq fikrindən daşınaraq ƏDV-nin ödənilməsini tələb etdi.
Nəticə olaraq şirkət ƏDV-ni ödəməyə məcbur olub və DGK-nə qarşı məhkəməyə iddia ilə müraciyyət edib.
“Şimal Servis” MMC Azərbaycan Respublikasının qüvvədə olan qanunları çərçivəsində fəaliyyət göstərir və həmin qanunlara riayət etməyi DGK-dan da gözləyir.
KOMİTƏDƏN MÜNASİBƏT
"Marja"nın sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsi məsələyə münasibət bildirib:
""Şimal Servis" MMC-nin idxal etdiyi mallara görə həyata keçirilən gömrük əməliyyatlarında qanun pozuntusuna yol verilməyib.
Belə ki, "Şimal Servis" MMC cari ilin avqust ayında Bakı Baş Gömrük İdarəsinə bəyannamə ilə birlikdə üçtərəfli lizinq müqaviləsi də təqdim edib. Həmin sənəddə müqavilənin subyektləri olaraq lizinq verən "Şimal Servis" MMC, lizinq alan "V.A. Grup" MMC, mal satan tərəf isə "GHİ Solutions GMBH" şirkətlərinin adı qeyd olunub.
Gömrük bəyannaməsindəki məlumatların yoxlanılması zamanı isə mal-müşayiət sənədlərinə (göndərən ölkənin ixrac bəyannaməsi, mənşə sertifikatı, daşınma sənədləri) əsasən malların həmin lizinq müqaviləsinin subyekti kimi çıxış etməyən "Sirona Dental Systems GMBH" şirkəti tərəfindən göndərilməsi müəyyən edilib ki, bununla da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1 və 747.5-ci maddələrinin tələbləri pozulub. Buna görə də idxal edilən həmin mallar lizinq müqaviləsinin obyekti hesab edilməyib.
Üstəlik "Şimal Servis" MMC-nin nümayəndələri Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturlarının rəhbərləri tərəfindən dəfələrlə qəbul edilib və onlara qanunvericiliyin tələbləri ətraflı izah olunub. Aparılan izahat işlərinin nəticəsi olaraq gömrük orqanlarının haqlı tələbləri yerinə yetirilərək şirkət tərəfindən ƏDV ödənilib və gömrük rəsmiləşdirilməsi başa çatdırılaraq mallar sahibinə təhvil verilib.
Gömrük orqanlarının tələbini əsassız sayan "Şimal Servis" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi isə 08.10.2019-cu il tarixli qərardadı ilə iddiaçı "Şimal Servis" MMC-nin cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsini mümkün saymayıb".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
Ən çox oxunanlar
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq




















