“Unibank”ın dəstək olduğu Milli Paralimpiya komandası Tokio -2020-də iştirak edəcək

® “Unibank”ın dəstək verdiyi paralimpiya komandasının üzvləri gələn ilin yayında Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcəklər.
Azərbaycan Milli Paralimpiya Komitəsinin Güllə atıcılığı üzrə milli paralimpiya komandasının iki idmançısı -Yelena Taranova və Kamran Zeynalov Avstraliyada keçirilən dünya çempionatında yüksək nəticə göstərərək, Tokio-2020-yə lisenziya qazanıblar.
Güllə atıcılığı üzrə milli paralimpiya komandasının baş məşqçisi Əkbər Muradov bildirib ki, indi komandanın qarşısında duran əsas məsələ 2020-ci ildə keçiriləcək Yay Paralimpiya Oyunlarında qələbə qazanmaqdır: “Qarşımızda məsuliyyətli və ağır bir məşq prosesi durur. İnanırıq ki, idmançılarımızın səyi və daim bizim yanımızda olan Unibank komandasının dəstəyi ilə Tokiodan qələbə ilə qayıdacağıq. İdmançılarımızın bunu bacaracağına inanıram”.
Tokio-2020-yə lisenziya qazanmış paralimpiyaçı Yelena Taranova da Avstraliya çempionatının nəticələrini çox uğurlu hesab edir: “Səfərimizdə hədəfimizə nail olduq. Lisenziya qazandıq. Artıq Tokio-2020-yə hazırlaşmaq dövrüdür. Güllə atıcılığı idmanı dünyada çox sürətlə inkişaf edir. Rəqiblərimiz çox güclüdür. Ona görə də ciddi hazırlaşmalıyıq”.
Komanda üzvü Kamran Zeynalovun da ən böyük arzusu da Tokioda Azərbaycan bayrağını qaldırmaqdır: “Çox sevincliyəm ki, Tokio-2020 oyunlarına lisenziya əldə etdik. Mən buna görə Unibanka çox təşəkkür edirəm. İki ildir hər addımımızda bizimlədir, komandamızın yanındadırlar. “Unibank”ın dəstəyi olmasaydı biz çempionata belə inamla hazırlaşa, qələbəyə hədəflənə bilməzdik”.
Qeyd edək ki, indiyədək Yay Paralimpiya Oyunlarında ölkəmizə iştirak hüququ qazandıran dörd lisenziyadan ikisi məhz “Unibank”ın dəstək verdiyi komanda tərəfindən qazanılıb.
Unibank Tokio-2020-də paralimpiyaçılara böyük qələbələr arzulayır!
Unibank – hər kəsin bankı!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
6 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
6 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
7 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 7 saat əvvəl
-
7 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
8 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 8 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
