KİV: Türkiyə Azərbaycan hesabına Rusiyanın embarqosundan yayınır
Rusiyanın Türkiyədən pomidor idxalına tətbiq etdiyi qadağaya baxmayaraq, qardaş ölkə Azərbaycan, Belarus, Ermənistan və Gürcüstan kimi ölkələr hesabına bu qadağadan yayınır. Bu barədə "Vedomosti" qəzeti yazır.
"Qəfildən Gürcüstanın da türk pomidorlarına marağı artıb. Ötən il Gürcüstan 2015-ci illə müqayisədə Türkiyədən pomidor idxalını 4 dəfə artırıb. Həmin dövr ərzində Gürcüstandan Rusiyaya pomidor ixracının 7 dəfə artması hər şeyi izah edir. Aidiyyatı qurumlar isə çarəsizdir: statistikanın təhlili pomidorların Gürcüstanda deyil, Türkiyədə becərildiyini isbat etmir", - deyə nəşr yazır.
Türkiyənin Statistika İnstitutunun məlumatlarına əsasən, 2016-cı ildə Gürcüstan Türkiyədən 23,3 mln. dollarlıq pomidor alıb. 2015-ci ildə bu rəqəm 6,4 mln. dollar təşkil edib. Ümumilikdə, 10 ilin statistikası göstərir ki, indiyədək Gürcüstan Türkiyədən il ərzində 8 mln. dollarlıq pomidor almayıb. Rusiyanın Federal Gömrük Xidmətinin statistikasına əsasən, 2016-cı ildə Gürcüstan Rusiyadan 2 mln. dollarlıq pomidor alıb. Halbuki ötən iki il ərzində bu rəqəm 350 min dollarlıq ötməyib.
"Qadağalara baxmayaraq, Türkiyə Rusiyaya Azərbaycan, Gürcüstan və Ermənistan üzərindən pomidor ixracını həyata keçirməkdə davam edir. Faktiki olaraq, pomidorların hansı ölkədə istehsal olunduğunu tapmaq mümkün deyil", - deyə Milli Tərəvəz İstehsalçıları Şurasının prezidenti Sergey Korolyov bildirib.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin mətbuat katibi Yuliya Melano bildirib ki, türk mənşəli pomidorların başqa ölkələrdən Rusiyaya ixrac olunması ilə bağlı faktların aşkarlanmasında çətinliklər var.
Qeyd edək ki, ötən il Rusiya 490 mln. dollarlıq pomidor idxal edib. 2014-cü ildə bu rəqəm 1 mlrd. olub. Rusiya pomidorları əsasən Mərakeş, Çin, Azərbaycandan idxal edir.
Embarqodan sonra Türkiyə Azərbaycana pomidor ixracını 160% artırıb. Bununla yanaşı, həmin müddət ərzində qardaş ölkədən Naxçıvana pomidor ixracı 150% artıb.
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev isə ötən il açıqlamasında bildirib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının artması Ankara-Moskva münasibətində olan gərginliklə bağlı deyil.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
- 7 d. əvvəl
- 28 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
9 saat əvvəl
Ağ Ev: PUA insidentinə baxmayaraq, ABŞ-İran danışıqları qüvvədə qalır
- 9 saat əvvəl
-
11 saat əvvəl
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
İlham Əliyevin Paşinyan ilə görüşü keçirilir
Bu gün Mərkəzi Bank faiz qərarını açıqlayacaq
Walmart-ın kapitallaşması 1 trilyon dolları keçib
Qızılın qiyməti İran ilə yenidən 5000 dolları keçdi
Ən çox oxunanlar
ABŞ İranın PUA-sını vurdu, qızılın qiyməti artdı
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakı Fond Birjasında Yanvar çöküşü

























