"SOCAR Rusiyadakı zavodun 10%-ni alıb"
SOCAR (ARDNŞ) Rusiyada Antipinski nef emalı zavodunun (NEZ) 9,6 % minoritar payını əldə edib. Bu barədə Rusiyanın RBK nəşri məlumat verir.
Xəbər verildiyi kimi, dünən SOCAR elan edib ki, lazımi prosedurları başa vuraraq Antipinski NEZ-in səhmlərinin 80%-nin sahibi olan “SOCAR Enerqoresurs” MMC qrupunun minoritar iştirakçısı olub. SOCAR-ın bu layihədə əsas rolu Antipinski NEZ-in idarəetmə səriştəsini təmin etməkdən ibarətdir. Sazişin strukturu baxımından SOCAR-ın Antipinski NEZ-də iştirakı onun üçün zavodun əvvəlki borcları ilə bağlı risklər yaratmır.
RBK-nın məlumatına görə, SOCAR-ın zavodda səmərəli payı 9,6% təşkil edib. Bu barədə zavodun səhmdarlarının qeydiyyata alındığı Kiprinreyestrinin çıxarışında qeyd olunub. SOCAR-ın 100%-lik törəməsi “SOCAR RUS” MMC Kiprin “Socar Russia Investments” şirkətində 20% pay əldə edib. “Socar Russia Investments” isə öz növbəsində “Sberbank” ilə birgə müəssisə “SOCAR Enerqoresurs”un 60% payının sahibidir. 2019-cu ilin iyun aynda həmin birgə müəssisə Antipinski NEZ-in 80%-nin sahibi olub.
Cari ilin may ayında “Sberbank” “Noviy potok” qrupundan “Antipinski NEZ” SC-nin səhmlərinin 80%-ni alıb. Sonra məlum olub ki, “Sberbank” və “SOCAR Enerqoresurs” MMC qrupu Kiprin “Vikay Industrial Limited” şirkətinin 80% səhmləri üzərində mülkiyyət hüququ əldə edib.
May ayında “Sberbank” qprupunun şirkəti “СБК Комплект” MMC (40%) və “Socar Russia Investments Ltd” (60%) “SOCAR Enerqoresurs”un təsisçiləri qismində çıxış ediblər. İyulun əvvəlində Kiprin “Mediterranean Nominees Limited” şirkətinə məxsus “Energoresource RT Limited” “SOCAR Enerqoresurs”un yeganə sahibi olub.
Gücü 9 mln. ton təşkil edən Antipinski NEZ Ai-95, Ai-92 və Avro-5 keyfiyyət standartında Ai-80 markalı benzin, dizel yanacağı, neft koksu, maye qaz, karbohidrogen qazı istehsal edir. 2018-ci ildə NEZ nef t emalını 2017-ci ildə 7,3 mln. tondan 6,4 mln. tonadək azaldıb. 2019-cu ilin birinci yarısının yekunları üzrə emal həcmi ötən ilin analoji dövrü ərzində 3,48 mln. tondan 1,769 mln. tonadək azalıb. Son məlumatlara əsasən, NEZ-in borcu $5 mlrd. təşkil edir, bunun təqribən $3 mlrd.-ı “Sberbank” qarşısındakı borcun payına düşür.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
23 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 26 d. əvvəl
-
35 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
38 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir



















.jpg)



