Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ABŞ 112 milyard dollarlıq Çin məhsullarına gömrük tariflərini ləğv etməyi müzakirə edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ 112 milyard dollarlıq Çin məhsullarına gömrük tariflərini ləğv etməyi müzakirə edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Marja" "Financial Times"a istinadən xəbər verir ki, ABŞ 112 milyard dollar məbləğində Çin məhsullarına tətbiq etdiyi gömrük tariflərini ləğv etməyi müzakirə edir. Bu tarifələr 1 Sentyabrda 15% olaraq tətbiq olunmağa başlanmışdır.

 

Gömrük tarifləri tətbiq edilən məhsullar geyimləri, elektrikli ev alətlərini və monitorlardan ibarətdir. 

 

ABŞ bu addımı ilə, Pekinin əhəmiyyətli tələblərindən birini qarşılamış olacaq. ABŞ Prezidenti Donald Tramp və Çin Dövlət Başçısı Xi Jinping tərəfindən qarşıdakı həftələrdə atəşkəsin imzalanacağı gözlənilir. Hər iki dövlət atəşkəsin maddələri üzərində çalışır. 

 

Ancaq bunun qarşılığında Vaşinqtonun ehtimalla bəzi tələbləri olacaq. Bu tələblər arasında Amerika şirkətlərinin əqli mülkiyyət hüquqlarının qorunması, Çinin ABŞ-dan kənd təsərrüfatı məhsulları alışına daha da açıqlıq gətirilməsi və razılaşmanın imza mərasiminin ABŞ torpaqlarında reallaşdırılması yer alır.

 

ABŞ, çinli müzakirəçilərin Oktyabr ayının əvvəlində ABŞ-ı ziyarət etmələrinin ardından, 15 Oktyabrda qüvvəyə minməsi planlaşdırılmış 250 milyard dollarlıq Çin məhsullarına gömrük tariflərini 25%-dən 30%-ə qaldırmaq qərarını təxirə salıb. 

05.11.2019 12:22
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18