"Bankların rəqəmsallaşması prosesində Azərbaycan MDB ölkələrindən geridə qalır"
"Hazırda Azərbaycanın bank sektoru rəqəmsal transformasiya prosesində MDB ölkələrindən geridə qalır".
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin mütəxəssisləri belə hesab edirlər.
“Bu gün Azərbaycanda banklar (rəqəmsallaşma məsələsində), misal üçün Rusiyada gördüklərimizdən geridə qalır. Bunun bir neçə səbəbi var. İlk növbədə, bu, bir çox bankların problemlərin aradan qaldırılması, problemli aktivlərin qaytarılması ilə məşğul olduqları 2014-2015-ci illərdə böhranın nəticələri ilə əlaqədardır. Bu da müvafiq olaraq, onların kapitalını və texnologiyalara sərmayənin yatırılması imkanını azaldırdı, həmçinin menecmentin rəqəmsal transformasiyadan diqqətini yayındırırdı”, - "S&P Global Ratings"in kredit analitiki Dmitri Nazarov bildirib.
Onun sözlərinə görə, digər səbəb Azərbaycanda kölgə iqtisadiyyatının yüksək səviyyəsi və nəticədə, əhali arasında bank xidmətlərinin yayılmasının aşağı səviyyəsidir.
“Bank bazarında kölgə sektorunun səviyyəsi tədricən azalsa da, hələ də yüksək olaraq qalır. Əvvəlki kimi, əhalinin mühüm hissəsi bank sektorundan kənarda qalanda, bu rəqəmsal transformasiyanı ləngidir”, - analitik qeyd edib.
O cümlədən, Nazarov ixtisaslı İT-mütəxəssislərinin çatışmazlığı kimi problemin mövculuğunu vurğulayıb, bu da onların xidmətlərinin çox baha olmasına səbəb olur və transformasiyanın həyata keçirilməsi üçün bankların xərclərini artırır.
Gələcəklə bağlı məsələyə toxunan S&P-nin nümayəndəsi qeyd edib ki, ənənəvi kanallardan rəqəmsal kanalla keçid ilə əlaqədar trend göz qabağındadır və hər tərəfdə baş verir. Azərbaycanda bu prosesin sürətləndirilməsində tənzimləyici və hökumətin iqtisadiyyatın “ağardılması” təəbbüsləri və əhali arasında bank xidmətlərinin əlçatanlıq səviyyəsinin artırılması böyük rol oynayacaq.
“Azərbaycanın, misal üçün Avropa ilə müqayisədə, daha gənc əhalisi yeni texnologiyaların və rəqəmsal bank xidmətlərinin daha tez uyğunlaşmasına imkan yaradacaq. İndiyədək əksər banklar böhran dövründə yığılan problemli aktivlərin mühüm hissəsini təmizləyib. Müvafiq olaraq, onların sərmayələr üçün daha artıq vəsaitləri meydana çıxır. Sabit iqtisadi vəziyyət də buna şərait yaradacaq”, - Nazarov qeyd edib.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub























.jpg)

