Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İqtisadçı: Dollara tələbin artması davam edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
İqtisadçı: Dollara tələbin artması davam edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aprel ayında da dollara tələbin artması davam edəcək.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov bildirib.

 

“Öncədən proqnozlaşdırdığımız kimi, martın sonundan etibarən dollara tələbin artması müşahidə edilməkdədir. Bu özünü dünənki rəsmi kursda və eləcə də bu gun hərracın nəticələrində göstərdi. Son 2 gündə valyuta bazarımızda dolların manata kursu cüzi olsa da bahalaşıb. Bu da banklarda dollar satışının artması ilə əlaqədardır. Banklarda dollara olan tələb birbaşa hərrac məzənnəsinə və eləcə də rəsmi kursa təsir göstərməkdədir. Qeyd edək ki, bir sıra kommersiya bankları da dolların alış kursunu artıq artırıblar. Aprel ayında dövlət büdcəsinin investisiya istiqamətində xərcləmələr olacaqsa, o zaman dollara tələbin artması davam edəcək. Bütövlükdə, gələn aydan etibarən idxalın həcmində və eləcə də büdcə xərcləmələrində atımlar gözlənilir. Bu isə xarici valyutaya tələbin artmasının davam etməsinə səbəb ola bilər.

 

Aydındır ki, Mərkəzi Bank hərraclar vasitəsi ilə tələbi ödəməklə məzənnəyə təsir imkanlarını qoruyub saxlayır. Amma o da görsənir ki, Mərkəzi Bank bu ilin yanvar ayından etibarən valyuta bazarının məzənnəyə təsir imkanlarını artırmaqla bazar kursunu formalaşdırmağa çalışır. Bununla belə, hələlik manatın öz bazar dəyərini aldığını söyləmək mümkün deyil”,- iqtisadçı qeyd edib.

30.03.2017 14:12
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18