Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Xurma ixracında dünya birincisidir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xurma ixracında dünya birincisidir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Keçən il İranda istehsal edilmiş xurmanın 30%-i ixrac edilərək 350 milyon dollar gəlir əldə edilib və İran xurma ixracatında dünyada birinci yeri tutub. 


 

İran Sənaye, Mədən və Ticarət Nazirinin müavini Hüseyn Müderris Hiyabani, Buşehrdə təşkil edilən Beynəlxalq Xurma Simpoziumunda çıxış edib. 

 

"Marja" xəbər verir ki, İranın xurma ixracında dünyada birinci olduğunu müəyyən etdiklərini bildirən Hiyabani, ölkədə istehsal edilən 1.2 milyon ton xurmanın 400 min tonunun ixrac edildiyini bildirib.  

 

Xurma, zəfəran, fıstıq, xalça kimi məhsulların İranın ənənəvi ixrac malları olduğunu qeyd edən Hiyabani, bu məhsulların ümumi ixracda paylarının artırılmasını hədəflədiklərini söyləyib. 

 

Hiyabani, İranın qeyri-neft qaz ixracının keçən il 45 milyard dollar təşkil etdiyini bildirib. 

18.11.2019 06:11
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18